Son dəqiqə
ABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? - Səfir açıqladıAMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTOSabunçu tunelindəki çökmə aradan qaldırılacaqMİQ imtahanlarının test mərhələsinin keçirilmə tarixi bəlli olduKeşlədə 60-dan çox ailənin üç aylıq kirayə haqları ödəniləcəkSəfir: "Naxçıvana dron hücumu ekspertlər qrupu tərəfindən araşdırılır" - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK
Azərbaycanda dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK
Cəmiyyət

Azərbaycanda dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK

Bu gün
10:00
0 baxış
Paylaş:

Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.

Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.

Gundem.today xəbər verir ki, sözügedən məsələ "Vətəndaşların müraciətləri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, şəxsin müraciətinin cavablandırılması üsuluna dair seçimləri sırasına elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə cavablandırma əlavə edilir.

Müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılmasını istənildiyi halda müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb ediləcək. Müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan istəniləcək.

Vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.

Sənədə əsasən, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.

Belə ki, "Elektron hökumət" sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Elektron_Hökumət_Portalı#Elektron_Hökumət_İnformasiya_Sistemi_(EHİS)

Oxşar Xəbərlər

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTOCəmiyyət

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTO

Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.

Bu gün
12:520
Sabunçu tunelindəki çökmə aradan qaldırılacaqCəmiyyət

Sabunçu tunelindəki çökmə aradan qaldırılacaq

Sabunçu rayonu, A.Əsədullayev küçəsindəki tunelin daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq.

Bu gün
12:500
MİQ imtahanlarının test mərhələsinin keçirilmə tarixi bəlli olduCəmiyyət

MİQ imtahanlarının test mərhələsinin keçirilmə tarixi bəlli oldu

Müəllimlərin işə qəbul imtahanlarının test mərhələsinin keçirilmə tarixi açıqlandı.

Bu gün
12:480
Bağça müəllimlərinin sertifikasiyası keçiriləcəkCəmiyyət

Bağça müəllimlərinin sertifikasiyası keçiriləcək

"Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək".

Bu gün
12:420