Son dəqiqə
Astarada marketdə normativ tələblər pozulub - FOTOTovuzda bir ailə üç uşağından imtina etdiDövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin keçirilməsi qaydası təsdiqlənibRusiyada əcnəbilərin deportasiyası üçün əsaslar artırıldıAzərbaycanda birinci sinfə qəbul prosesində YENİLİKSiyasi partiyalar maliyyə hesabatlarını təqdim etdilər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycanda enerji sektorunda yeni tənzimləmələr və qaydalar hazırlanır
Azərbaycanda enerji sektorunda yeni tənzimləmələr və qaydalar hazırlanır
İqtisadiyyat

Azərbaycanda enerji sektorunda yeni tənzimləmələr və qaydalar hazırlanır

Bu gün
12:12
0 baxış
Paylaş:

Azərbaycanda enerji sektorunda tənzimləmələrin təkmilləşdirilməsi və xidmətlərin daha effektiv təşkili məqsədilə bir sıra normativ hüquqi dəyişikliklərin hazırlanması nəzərdə tutulur.

Azərbaycanda enerji sektorunda tənzimləmələrin təkmilləşdirilməsi və xidmətlərin daha effektiv təşkili məqsədilə bir sıra normativ hüquqi dəyişikliklərin hazırlanması nəzərdə tutulur.

Gundem.today "Report"a istinadən xəbər verir ki, tikinti obyektlərinin yüksəkgərginlikli elektrik şəbəkəsinə qoşulma haqqının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.

Bu istiqamətdə işləri "Azərişıq" ASC, Energetika Nazirliyi (Enerji Məsələlərini Tənzimləmə Agentliyi) və "Azərenerji" ASC həyata keçirəcək.

Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla elektrik doldurma məntəqələrində yanğın təhlükəsizliyi tələblərinin təkmilləşdirilməsi və bu sahədə normativ hüquqi bazanın gücləndirilməsi istiqamətində də təkliflərin hazırlanması planlaşdırılır. Bu prosesdə Energetika Nazirliyi ilə yanaşı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və "Azərişıq" iştirak edəcək.

Eyni zamanda, qeyri-məişət kateqoriyası üzrə elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün yalnız elektron müraciət mexanizminin tətbiqi ilə bağlı normativ hüquqi bazanın gücləndirilməsi nəzərdə tutulur. Bu tədbiri Energetika Nazirliyi və "Azərişığ"ın icra etməsi planlaşdırılır.

Qeyd olunan tədbirlərin müxtəlif mərhələlər üzrə bu ilin iyun, noyabr və dekabr aylarına qədər həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#enerji_sektoru#elektrik_şəbəkəsi#azərişıq#energetika_nazirliyi#azərenerji#qoşulma_haqqı#elektrik_doldurma_məntəqələri#yanğın_təhlükəsizliyi#qanunvericilik#elektron_müraciət#normativ_hüquqi_baza.

Oxşar Xəbərlər

Xarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEOİqtisadiyyat

Xarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEO

2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib. Başqa sözlə, əhali xarici valyutanı almaqdansa, satmağa üstünlük verib.

Bu gün
13:240
Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı YENİLİKİqtisadiyyat

Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı YENİLİK

Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.

Bu gün
09:520
Azərbaycan nefti 20 dollardan çox UCUZLAŞDIİqtisadiyyat

Azərbaycan nefti 20 dollardan çox UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.

Bu gün
09:530
Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldibİqtisadiyyat

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib

Dünya Bankı 2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2%, 2027-ci ildə isə 1.8% artacağını proqnozlaşdırır.

Bu gün
21:241