
Xarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEO
2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib. Başqa sözlə, əhali xarici valyutanı almaqdansa, satmağa üstünlük verib.
2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib. Başqa sözlə, əhali xarici valyutanı almaqdansa, satmağa üstünlük verib.
Baku TV-nin xəbərinə görə, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, ölkədə qeydiyyatda olan fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son bir ildə 2.8 faiz bəndi azalaraq, 2026-cı ilin fevralında 27.7 faizə enib.
Qeyd edək ki, əmanətlərin dedollarlaşması xeyli müddətdir davam etsə də, əhalinin xarici valyuta satışının alışını üstələməsi 2025-ci ildən başlayıb.
Maraqlıdır, bəs əhalinin xarici valyutaya marağının azalmasının arxasında hansı amillər dayanır?
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bunun əsas səbəbi ölkədə manatın sabit qalacağına dair formalaşmış müsbət gözləntilərdir.
X.Kərimli bildirir ki, yalnız dollar satışında deyil, eyni zamanda depozitlərin strukturunda da xarici valyutanın xüsusi çəkisinin azalması müşahidə olunur:
"Əhali artıq dollar alaraq depozit yerləşdirməyə üstünlük vermir, daha çox vəsaitini manatla banklarda saxlayır".
Qeyd edək ki, milli valyutanın ABŞ dollarına nəzərən məzənnəsi 2018-ci il martın 7-dən bəri 1 manat 70 qəpik təşkil edir. Ötən dövrdə neft gəlirlərinin azalmasına, hətta 2020-ci ildə enerji qiymətlərinin qısamüddətli də olsa kəskin enməsinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi saxlanılır.
Eyni zamanda, milli valyutada olan əmanətlərdən əldə olunan gəlirlərə vergi güzəştləri tətbiq edilir. Məqsəd əhalini vəsaitlərini xarici valyutada saxlamaqdansa banklarda manatla yerləşdirməyə sövq etməkdir. Həmçinin sığortalanan əmanət faizləri xarici valyuta üzrə 2.5 faizədək olsa da, milli valyutada 12 faiz təşkil edir.
İqtisadçı Eldəniz Əmirov isə əhali tərəfindən nağd valyuta satışının alışından çox olmasını həm də əvvəlki dövrdə alınan vəsaitlərlə izah edir. Onun sözlərinə görə, mövcud inflyasiya və makroiqtisadi şərait fonunda vətəndaşlar saxladıqları xarici valyutanı tədricən manata çevirərək istifadə etməyə başlayıblar.
Ancaq istənilən halda əhalinin valyuta satışının alışından çox olması milli valyutanın məzənnəsi ilə bağlı gözləntilərinin nikbinliyinin göstəricisi olmaqla yanaşı, məzənnənin sabitliyinə xidmət edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycanda enerji sektorunda yeni tənzimləmələr və qaydalar hazırlanır
Azərbaycanda enerji sektorunda tənzimləmələrin təkmilləşdirilməsi və xidmətlərin daha effektiv təşkili məqsədilə bir sıra normativ hüquqi dəyişikliklərin hazırlanması nəzərdə tutulur.
İqtisadiyyatGömrükdə malların buraxılışı məsələsi ilə bağlı YENİLİK
Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.
İqtisadiyyatAzərbaycan nefti 20 dollardan çox UCUZLAŞDI
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.
İqtisadiyyatDünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib
Dünya Bankı 2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2%, 2027-ci ildə isə 1.8% artacağını proqnozlaşdırır.