
Çində 132 nəfərin ölümü ilə nəticələnən aviaqəzanın səbəbi bilindi
"China Eastern Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması qəsdən törədilmiş hərəkətin nəticəsi ola bilər.
"China Eastern Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması qəsdən törədilmiş hərəkətin nəticəsi ola bilər.
Gundem.today "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) açıqladığı yeni məlumatlarda göstərilib.
Qeyd olunur ki, təyyarənin qəsdən dağlara tərəf yönləndirilməsi ilə bağlı uzun müddətdir davam edən şübhələr təsdiqlənib.
Hadisə 2022-ci ildə baş verib və nəticədə 132 nəfər həlak olub.
Xəbərdə bildirilir ki, ekipaj üzvləri arasında təyyarənin idarə olunması uğrunda mübarizə gedib.
Uçuş qeyd cihazlarının təhlilinə görə, pilotlardan biri təyyarəni yerə endirməyə çalışıb, digəri isə dik eniş edərək idarəetməni qoruyub saxlayıb. Qəzadan bir neçə dəqiqə əvvəl hər iki mühərrik əl ilə söndürülüb, avtopilot isə deaktiv edilib.
Ekipaj təhlükə siqnalı verməyib. Bundan əlavə, Çin aviasiya qurumları texniki nasazlıqlara dair heç bir sübut tapmayıblar.
Təyyarə qəzası 2022-ci il martın 21-də baş verib. Laynerin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olmaqla, ümumilikdə 132 nəfər olub. Kunminqdən Quançjoua uçan "Boeing 737" Çinin cənubunda qəzaya uğrayıb. Layner gözlənilmədən kəskin enişə keçib və böyük sürətlə dağa çırpılıb.
Daha əvvəl hadisənin ekipajın səhvi ucbatından baş verdiyi ehtimal olunurdu.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
DünyaÇində zavodda güclü partlayış oldu - VİDEO
Çində Hunan əyalətində fişəng istehsalı zavodunda güclü partlayış baş verib.
Dünya"The Guardian": ABŞ BMT-ni büdcə ixtisarı ilə hədələyir
ABŞ Prezidenti Donald Trampın komandasına daxil olan rəsmilər Vaşinqton tərəfindən irəli sürülən "yardım müqabilində ticarət" strategiyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) büdcəsinin ixtisarı ilə bağlı hədə-qorxu gəlirlər.
DünyaTürkiyə və Ermənistan arasında müqavilə imzalandı - FOTO
Türkiyə və Ermənistan tarixi Ani körpüsünün bərpasını müştərək şəkildə həyata keçirəcəklər.