Son dəqiqə
İKTA: "Bəzi operator və provayderlərin elektron informasiya sistemləri mövcud deyil""Vilyareal" klubundan gözlənilməz qərarSOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblərMilli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıbPrezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilib - FOTOAmerikalı milyarder Ceff Bezos məşhur superyaxtasını satır: Alıcıları qorxudan məqamlar - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. "Haber Global" İlham Əliyevin Avropa Siyasi Birliyi Sammitində Zəngəzur dəhlizi ilə bağlı çıxışına diqqət çəkdi - VİDEO
"Haber Global" İlham Əliyevin Avropa Siyasi Birliyi Sammitində Zəngəzur dəhlizi ilə bağlı çıxışına diqqət çəkdi - VİDEO
Siyasət

"Haber Global" İlham Əliyevin Avropa Siyasi Birliyi Sammitində Zəngəzur dəhlizi ilə bağlı çıxışına diqqət çəkdi - VİDEO

Bu gün
17:28
0 baxış
Paylaş:

"Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda təşkil edilən və gündəmində Azərbaycan-Ermənistan sülh prosesinin olduğu Avropa Siyasi Birliyinin 8-ci Sammitinə videokonfrans vasitəsilə qatılıb və Qərb liderlərinə əhəmiyyətli mesajlar göndərib".

"Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda təşkil edilən və gündəmində Azərbaycan-Ermənistan sülh prosesinin olduğu Avropa Siyasi Birliyinin 8-ci Sammitinə videokonfrans vasitəsilə qatılıb və Qərb liderlərinə əhəmiyyətli mesajlar göndərib".

Gundem.today-ın xəbərinə görə, bu barədə "Haber Global" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

Qeyd edilib ki, İlham Əliyev Azərbaycanın mayın 1-də Avropa Parlamenti ilə bütün münasibətlərini dayandırmaq qərarı aldığını xatırladıb.

"Azərbaycanla bağlı yalanlarla dolu qərarlar verdilər, bu ikili standartlar əsla qəbul edilə bilməz.

Azərbaycanın ərazi bütövlüyü istənilən dövlətin ərazi bütövlüyü ilə eyni dəyərə sahibdir və bununla bağlı ikili standartlar qəbuledilməzdir", - deyə videosüjetdə İlham Əliyevin sözlərindən sitat gətirilib.

Materialda, həmçinin bildirilib ki, İlham Əliyev Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı əhəmiyyətli addımların atıldığını və Avropa Parlamentinin Azərbaycana qarşı qərarlar qəbul edərək, prosesi dəstəkləmək əvəzinə sabotaj etməyə çalışdığını vurğulayıb.

"Azərbaycan-Ermənistan sülh prosesindəki mövqeyinə görə Avropa Komissiyasına minnətdarlığımı bildirmək istəyirəm, bütün Avropa qurumları eyni yanaşmanı nümayiş etdirmir və bunlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır", - deyə Azərbaycan Prezidenti qeyd edib.

İlham Əliyev 2025-ci ildə Vaşinqtonda təşkil edilən tarixi sammitdən də bəhs edib və Ermənistanla sülh sazişinin paraflanmasından bəri Azərbaycanın 1990-cı illərin əvvəllərindən Ermənistana qarşı tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini təktərəfli olaraq ləğv etdiyini xatırladıb. İlk dəfə Ermənistana neft məhsulları, benzin və dizel yanacağı tədarükünə başlandığını bildirib.

İlham Əliyev, həmçinin türk dünyası üçün kritik əhəmiyyətə malik olan Zəngəzur dəhlizi məsələsinə də toxunub.

"Sülh bizim və Ermənistandakı tərəfdaşlarımız üçün artıq bir reallığa çevrilib. Sülhün digər mühüm nailiyyəti isə kommunikasiyadır. Həm Azərbaycan, həm də Ermənistan sülhün praktik faydalarını indidən görürlər", - deyə Azərbaycan lideri vurğulayıb.

Daha ətraflı videosüjetdə:

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İlham_Əliyev#Haber_Global#Avropa_Siyasi_Birliyi#Azərbaycan_Ermənistan_sülh_prosesi#Zəngəzur_dəhlizi#Avropa_Parlamenti#Qərb_liderləri#sülh_müqaviləsi#siyasət_xəbərləri#Azərbaycan_xəbərləri

Oxşar Xəbərlər

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıbSiyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Qərbdə mənzillənən ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb.

Bu gün
19:060
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilib - FOTOSiyasət

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilib - FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilib.

Bu gün
19:040
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTOSiyasət

Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda keçirilən "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans işini yekunlaşdırıb.

Bu gün
18:560
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTOSiyasət

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilir.

Bu gün
18:420