Son dəqiqə
Kollegiya iclas keçirdi: Bir vəkilə töhmət verildi, ikisi cərimələndi - FOTO"Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏBİlham Əliyev universitet müəllimini ordenlə təltif etdiABŞ-də banka silahlı hücum: İki əməkdaş qətlə yetirildiMilli Məclis "Yol hərəkəti haqqında" Qanuna dəyişikliyi qəbul etdiAissata Makadji: "Gənclərin idarəetmədə iştirak imkanlarının məhdud olması ciddi problemdir"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycanda saatlıq əməkhaqqı sisteminə nə vaxt keçiləcək? - Deputat AÇIQLADI - FOTO
Azərbaycanda saatlıq əməkhaqqı sisteminə nə vaxt keçiləcək? - Deputat AÇIQLADI - FOTO
İqtisadiyyat

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə nə vaxt keçiləcək? - Deputat AÇIQLADI - FOTO

Bu gün
10:20
0 baxış
Paylaş:

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.

Gundem.today xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqına dair qanun layihələrinin hazırlanması ilə bağlı işlər aparılıb:

"İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların "overtime", yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir.

Yeni mexanizmin tətbiq olunması, əməkhaqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, yeni qayda qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər.

Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin.

Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Əmək_və_Əhalinin_Sosial_Müdafiəsi_Nazirliyi_(ƏƏSMN)#Vüqar_Bayramov#Maaş

Oxşar Xəbərlər

Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - Milli Məclis razılıq verdiİqtisadiyyat

Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - Milli Məclis razılıq verdi

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

Bu gün
12:390
Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcəkİqtisadiyyat

Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

Bu gün
12:390
Milli Məclis beynəlxalq sənədə dəyişiklikləri qəbul etdiİqtisadiyyat

Milli Məclis beynəlxalq sənədə dəyişiklikləri qəbul etdi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol" bir oxunuşda təsdiqlənib.

Bu gün
12:260
Azərbaycan nefti ucuzlaşdıİqtisadiyyat

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.

Bu gün
09:420