Son dəqiqə
İlham Haqverdiyev azadlığa buraxıldıİranda hava hücumundan müdafiə sistemlərinin işləmə səbəbləri məlum olduAzərbaycan üçün dönüş nöqtəsi: "Emosional addım deyil" - FOTOBirinci sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi yaradıldıİndoneziya 2027-ci ildə Azərbaycanla layihələrin yol xəritəsini hazırlayacaqAbbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Milli Məclis "Yol hərəkəti haqqında" Qanuna dəyişikliyi qəbul etdi
Milli Məclis "Yol hərəkəti haqqında" Qanuna dəyişikliyi qəbul etdi
Siyasət

Milli Məclis "Yol hərəkəti haqqında" Qanuna dəyişikliyi qəbul etdi

Bu gün
12:41
0 baxış
Paylaş:

Milli Məclis "Yol hərəkəti haqqında" Qanuna təklif edilən dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

Milli Məclis "Yol hərəkəti haqqında" Qanuna təklif edilən dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

Gundem.today xəbər verir ki, layihəyə əsasən operativ nəqliyyat vasitələrinin siyahısı yenilənib.

Sənədə əsasən, operativ nəqliyyat vasitələri aşağıdakılardır:

"Yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin həyata keçirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası, poçt rabitəsinin milli operatoruna məxsus olan və poçtun daşınmasında istifadə edilməsi, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər".

Dəyişikliyə qədər isə qanunvericilikdə siyahı aşağıdakı kimi olub:

"Yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq siqnalları ilə təchiz edilmiş avtomobillər".

Bildirilir ki, dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir. Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.

Sənəddə vurğulanır ki, qeyd olunan dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#operativ_nəqliyyat_vasitələri#yol_hərəkəti_haqqında_qanun#Milli_Məclis#prokurorluq_avtomobilləri#xüsusi_işıq_və_səs_siqnalları#kriminalistik_avadanlıqlar#hüquq-mühafizə_orqanları#ictimai_təhlükəsizlik#yol_qaydaları.

Oxşar Xəbərlər

İndoneziya 2027-ci ildə Azərbaycanla layihələrin yol xəritəsini hazırlayacaqSiyasət

İndoneziya 2027-ci ildə Azərbaycanla layihələrin yol xəritəsini hazırlayacaq

"İndoneziya artıq 2027-ci ildə Azərbaycanla bütün birgə layihələrin həyata keçirilməsi üzrə yol xəritəsini formalaşdırmağı planlaşdırır".

Bu gün
14:320
Abbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"Siyasət

Abbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"

"2023-cü ildən başlayaraq kolonializmlə legitim mübarizə aparan tərəfləri dəstəkləyirik".

Bu gün
14:300
Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİKSiyasət

Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK

Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.

Bu gün
13:580
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTOSiyasət

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO

Aprelin 30-da Vatikanda Kançelleriya Sarayında Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub.

Bu gün
13:480