Son dəqiqə
Paytaxtda yol xətlənməsi SUAL YARATDI: Qəza riskini artırır - VİDEOHörmüz boğazında atəşə tutulan gəmilərin hansı ölkəyə məxsus olduğu BİLİNDİZelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıbElçin Əmirbəyov sülh prosesinin gələcəyi və "Qazan-qazan" prinsipi barədə danışıbGözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku - FOTOXırdalanda qətl hadisəsi olub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda Şimali Kipr günləri keçiriləcək
Azərbaycanda Şimali Kipr günləri keçiriləcək
Cəmiyyət

Azərbaycanda Şimali Kipr günləri keçiriləcək

15 aprel 2026
22:52
1 baxış
Paylaş:

İyun ayında Azərbaycanda Şimali Kipr günləri keçiriləcək.

İyun ayında Azərbaycanda Şimali Kipr günləri keçiriləcək.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Şimali Kiprin Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç bildirib.

Müşavir deyib ki, onların məqsədi Azərbaycan xalqına Şimali Kipr xalqının mədəniyyətini, tarixini, turizmini, təbiətini tanıtmaqdır:

"Azərbaycanın Baş naziri Əli Əsədovla Şimali Kiprin Baş naziri Ünal Üstelin aprelin 1-də keçirilən görüşündən sonra bizim əlaqələrimiz daha da geniş vüsət almağa başlayıb. Mədəniyyət və turizm sahəsində də çoxtərkibli əlaqələrimizi genişləndirmək hədəfimizdir. Bu məqsədlə də bizim tanınmış sənətçilərin, mədəniyyətimizi təmsil edən sürpriz qonaqların da iştirakı ilə Şimali Kipr günlərinin keçirilməsi üçün hazırlıqlarımız davam edir".

Serhan Aktunç xatırladıb ki, 2024-cü ildə də turizmlə bağlı Şimali Kipr prezidentinin də iştirakı ilə Azərbaycanda təqdimat günləri keçirilib, budəfəki Şimali Kipr günləri isə daha geniş olacaq.

Qeyd edək ki, aprelin 15-16-da Ankarada 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı seçilməsi çərçivəsində 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi keçirilir. Tədbirə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Bolqarıstan və Şimali Kiprdən olan mütəxəssislər, müvafiq rəsmi qurum nümayəndələri qatılaraq turizm və hotelçiliklə bağlı müzakirələr aparırlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Şimali_Kipr_Türk_Respublikası_(ŞKTR)#Əli_Əsədov#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Paytaxtda yol xətlənməsi SUAL YARATDI: Qəza riskini artırır - VİDEOCəmiyyət

Paytaxtda yol xətlənməsi SUAL YARATDI: Qəza riskini artırır - VİDEO

Bakının əsas prospektlərindən birində aparılan yol xətlənməsi sürücülərin narazılığına səbəb olub.

Bu gün
16:460
Kürdə suyun səviyyəsi ARTDI - VİDEOCəmiyyət

Kürdə suyun səviyyəsi ARTDI - VİDEO

Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan su götürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.

Bu gün
15:500
Məmmədlinin üfunətdən keçilməz olan küçəsində SON VƏZİYYƏT - FOTO - VİDEOCəmiyyət

Məmmədlinin üfunətdən keçilməz olan küçəsində SON VƏZİYYƏT - FOTO - VİDEO

Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyətlə bağlı tədbir görülüb.

Bu gün
15:350
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib - FOTOCəmiyyət

Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib - FOTO

Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməcilik keçirilib.

Bu gün
15:100