
Məmmədlinin üfunətdən keçilməz olan küçəsində SON VƏZİYYƏT - FOTO - VİDEO
Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyətlə bağlı tədbir görülüb.
Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyətlə bağlı tədbir görülüb.
Məmmədli bələdiyyəsindən Gundem.today-ın sorğusuna cavab olaraq qeyd olunub ki, kənd ərazisində məişət tullantılarının daşınmasını həyata keçirən şirkət üç gün əvvəl dəyişdirilib.
Bələdiyyədən bildirilib ki, yeni şirkət tərəfindən sözügedən küçə ilkin mərhələdə texniki səbəblərdən nəzərdən qaçırılıb:
"Şirkət yeni fəaliyyətə başladığı üçün qeyd edilən ərazi yanlışlıqla ötürülüb. Lakin bu gün səhər saatlarından məsələ aydınlaşdırılıb və ərazi təmizlənib".
Açıqlamada vurğulanıb ki, hazırda sözügedən ərazi bələdiyyə tərəfindən nəzarətə götürülüb.
Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.
Bununla bağlı Gundem.today-a kənd sakinləri müraciət ediblər.
Onların sözlərinə görə, tullantıların vaxtında daşınmaması ciddi problemə çevrilib.
Belə ki, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər tam dolub, zibil ətrafa səpələnərək geniş əraziyə yayılıb. Plastik torbalar, karton qutular və müxtəlif məişət tullantıları konteynerlərin ətrafında qalaqlanıb. Bəzi tullantıların isə torpağa qarışdığı müşahidə olunur.
Sakinlərin sözlərinə görə, mövcud konteynerlər köhnədir, onların bəzilərinin təkərləri yoxdur və istifadəyə yararlı deyil:
"Bizim məhəllədə zibil konteynerləri nə dəyişdirilib, nə də onlarla maraqlanan var. Bu konteynerlər çox köhnədir. Buradakı üfunətdən nə böyük, nə də uşaq rahat keçə bilir. İllərdir bu vəziyyətdə yaşayırıq. Bizim əsas tələbimiz odur ki, bu əraziyə diqqət yetirilsin və problem həll olunsun".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTürkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub - FOTO
Aprelin 18-də Türkiyə Ali Məhkəməsinin hakimi, Aparat rəhbəri Mehmet Fatih Belviranlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.
CəmiyyətBakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
CəmiyyətBakı-Qazax yolundan ŞİKAYƏT: "110-luq yolda aşağı sürətlə radara düşürük"
Bakı-Qazax avtomobil yolunun 76-cı kilometrliyində quraşdırılmış radar qurğusu ilə bağlı narazılıq yaranıb.
CəmiyyətHövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" - VİDEO
Bakıda Hövsan istiqamətinə işləyən sərnişin avtobuslarının dayanacaqda dayanmaması narazılığa səbəb olub.