
Azərbaycanda sosial şəbəkədə saxta profil açmaq qadağan olunur? - VİDEO
Sosial şəbəkələrdə çoxsaylı saxta hesablarla rastlaşırıq. Bu cür feyk hesablardan istifadə edənlərin əksəriyyətinin əsas məqsədi şəxsiyyətini gizlədərək dezinformasiya yaymaq, kimlərinsə ünvanına təhqirlər, söyüşlər və ya narahatedici mesajlar, rəylər yazmaqdır.
Sosial şəbəkələrdə çoxsaylı saxta hesablarla rastlaşırıq. Bu cür feyk hesablardan istifadə edənlərin əksəriyyətinin əsas məqsədi şəxsiyyətini gizlədərək dezinformasiya yaymaq, kimlərinsə ünvanına təhqirlər, söyüşlər və ya narahatedici mesajlar, rəylər yazmaqdır.
Paytaxt sakinləri mövzu ilə bağlı Baku TV ilə fikirlərini bölüşüblər:
"Uşaqlar girir və orada müəyyən bir şeylər var ki, 18 yaşına kimi baxmaq olmaz. Amma baxırlar".
"Məncə, sosial şəbəkələr ümumiyyətlə olmasa, daha yaxşı olar", - deyə digər bir sakin vurğulayıb.
Yunanıstanda saxta sosial şəbəkə profili açmaq qadağan olunub. Artıq hökumət bunun qarşısını almaq məqsədilə sosial mediada anonimliyi qadağan edən plan üzərində işləyir. Belə ki, bundan sonra hər kəsin ancaq bir rəsmi hesabı olacaq, yəni hər bir profilin real şəxsə uyğun olması təmin ediləcək. Bəs bu mexanizmi Azərbaycanda tətbiq etmək mümkündürmü?
İKT mütəxəssisi Asim Namazov mövzuya belə açıqlıq gətirib:
"Azərbaycanda da bu istiqamətdə əslində müəyyən addımların atılması mümkündür. Ancaq burada çox incə balans qoyulmalıdır. Bir tərəfdən təhlükəsizlik və etik davranış təmin olunmalı, digər tərəfdən isə şəxsi məlumatların qorunması və istifadəçi hüquqları məhdudlaşdırılmamalıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Mayın 5-də paytaxtın bəzi yerlərində qaz olmayacaq.
Cəmiyyət"Asfalt yoxdur, marşrut da pis vəziyyətdədir" - Yol problemi sakinlərin kabusuna çevrilib - VİDEO
Abşeron rayonu, Saray qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsində yaşayan sakinlər yollarının bərbad vəziyyətdə olmasından şikayətlənirlər. Onlar iddia edirlər ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxan yoxdur. 20 ildən artıqdır ki, bu cür vəziyyət hökm sürür və ərazidə beş minə yaxın sakin yaşayır.
Cəmiyyət"17 ildir ev vermirlər" - Gözdən əlilliyi olan qadın niyə mənzillə təmin olunmur? - VİDEO
Birinci dərəcəli gözdən əlil Zümrüd Hüseynova mənzil təminatı ilə bağlı qarşılaşdığı problemlərdən şikayətçidir.
Cəmiyyət"17 ildir ev vermirlər" - Gözdən əlilliyi olan qadın niyə mənzillə təmin edilmir? - VİDEO
Birinci dərəcəli gözdən əlil Zümrüd Hüseynova mənzil təminatı ilə bağlı qarşılaşdığı problemlərdən şikayətçidir.