
Azərbaycanəsilli kanadalı xoreoqraf: "İstəyirəm səhnədə nəfəsim kəsilsin"
Əslən Cənubi Azərbaycandan olan kanadalı xoreoqraf, ifaçı və pedaqoq Saşar Zərif Bakıdadır. O, 35 ildir ki, rəqsdə əsrlərdən gələn ənənə ilə müasirlik arasında körpü qurmağa çalışır. Tanınmış rəqqasın görkəmli xanəndə Alim Qasımovla Torontodakı İncəsənət Mərkəzindəki uğurlu çıxışından sonra Bakıda Milli Konservatoriyada keçirilən konsertdə muğamın sədaları altında rəqs performansları böyük maraqla qarşılanıb.
Əslən Cənubi Azərbaycandan olan kanadalı xoreoqraf, ifaçı və pedaqoq Saşar Zərif Bakıdadır. O, 35 ildir ki, rəqsdə əsrlərdən gələn ənənə ilə müasirlik arasında körpü qurmağa çalışır. Tanınmış rəqqasın görkəmli xanəndə Alim Qasımovla Torontodakı İncəsənət Mərkəzindəki uğurlu çıxışından sonra Bakıda Milli Konservatoriyada keçirilən konsertdə muğamın sədaları altında rəqs performansları böyük maraqla qarşılanıb.
Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Burada mənim də ənənələrim qalıb"
- Saşar bəy, Bakıya xoş gəlmişsiniz! Yəqin ki, Sizi Azərbaycana yenidən muğamla rəqsin harmoniyası gətirib. Gəlişinizdə ruhi və mənəvi bağlılığınız da böyük rol oynayır?
- Mənim köklərim buralara bağlıdır. Nənəm içərişəhərli olub. Buradan Aşqabada, oradan da İrana köçüblər. Anamın babası Gürcüstandan gəlmədir, ana tərəfim də həm Həmədan, həm də Zəncandandır. Təbii ki, bu qarışıqlıq mənim həyatımın da köçəri olması üçün səbəb olub. Ona səbəb olub ki, mən vətəni bir coğrafiyada aramayım, Vətəni ürəkdə olan hisdə arayım. Ona görə mən ürəkdə azərbaycanlı hissi doğulmuş halda başqa yerlərə səfər elədim. Necə ki, dədə-nənələrim də belə səfər edib, öz duyğularını, nağıl və mahnılarını, hərəkətlərini, ah-uflarnı yerdən-yerə, ölkədən-ölkəyə daşıyıblar. Onlar hara çatıblarsa, oranı özlərinə yurd ediblər. Mənə görə də bu yaxşı bir nümunə idi. Mən cavan olanda həmişə düşünürdüm ki, özümü tapım, mənə kök lazımdır, kimliyimi bilim. Sonradan dərk elədim ki, axar suya oxşamaq yaxşıdır. Bu, bizim mədəniyyətimizdə də var. Biz noməd türklərindən gəlirik və hər yeri özümüzə yurd edirik. Şadam ki, indi məmləkətimin ürəyimin üstündə yeri var. Əlbəttə, buraya gələndə adamı torpaq çəkir. Bakıya gələn kimi birinci Xəzərin sahilinə gedirəm. Sulara baxa-baxa deyirəm: burada mənim də ənənələrim qalıb. Məncə, ürək yurdda olmasa torpaqda qala bilməz. 1993-cü ildə İranla Azərbaycan arasında yollar açılandan sonra valideynlərim İrandan Bakıya köçdülər. Onlar Kanadaya köçənə kimi iki il burada yaşadılar. Nənəmə görə Bakı bizə çox doğma idi. Valideynlərim Bakıya gedəndə mən də Kanadadan Bakıya gəldim. Burada rəqs ustadı Əlikram Aslanovdan rəqsin, bəstəkar Vasif Adıgözəlovdan vokalın sirlərini öyrəndim. Torontoya qayıdanda Azərbaycan cəmiyyətində uşaqlar üçün "Coşqun" rəqs qrupunu bərpa etdim. Tədbirlərdə çıxış edirdik, Avropaya tez-tez səfərlərimiz olurdu.
"Əruz anladır, musiqi hiss etdirir, rəqs aktuallaşdırır"
- Keçən il oktyabr ayında Kanadanın Toronto şəhərində sizin Alim Qasımovla birgə "Məhəbbət" layihənizin iştirakçısı oldum. Segahla rəqsin harmoniyasını izlədim. Belə görünür, muğamla necə rəqs etməyin sirrini özünüz üçün çoxdan çözmüsünüz. Rəqslərinizin fəlsəfəsini necə izah edərsiniz? İnsanlara nə demək istəyirsiniz?
- Məncə, ən mühüm şey həyatda niyə yaşamağımızın mənasını bilməkdir. Biz nə iş görürüksə - gərək yaşantının mənasını tapaq. Bu həyatda yaşamaq üçün bir hədəf tapmalıyıq. Mənə görə rəqs, musiqi, ədəbiyyat insanın həyatının mənasını tapmaq üçündür. Necə ki, Mirzə Ələkbər Sabir və başqa şairlər bunu təbliğ ediblər. Onların yaradıcılığı bizə yanlışlıqlarımızı görməyə, həyatın mənasını daha yaxşı anlamağa kömək edir. Muğam sənətində də belədir: əsas muğamın texnikasıdır, gözəl səsin olması mühüm deyil. Əgər bu dünyaya bir şey verə bilməyəcəksənsə, nəyə dəyər? Bizim dahilər səslərini qoyub gediblər, biz onları bu gün də dinləyirik. Çoxu da oxuyub gediblər, kim olduqlarını da bilmirik. Ona görə muğamın gücü həm beyni işlətməsində, həm şeirin fəlsəfəsini bilməsindədir. Şeirin fəlsəfəsi də insanın axtarışının nəticəsidir. Musiqi o şeirləri emosional edir. İnsan üç hissədən ibarətdir: beyin, emosiyalar və bədən. Mövlana dərvişləri bu üç şeydən səmada istifadə edirlər. Muğamla rəqs edəndə hər üç ölçüdən təcrübə edirəm: əruz anladır, musiqi hiss etdirir, rəqs aktuallaşdırır.
"Bu işin "dəmlənməsinə" vaxt lazım idi"
- Bu layihə üçün niyə məhz Alim Qasımovu seçdiniz? Düşündünüz ki, duyğu və düşüncələrinizi onun oxuduğu muğamatla daha yaxşı ifadə edə bilərsiniz?
- Torontoda Alim Qasımovla "Məhəbbət" layihəsini təqdim edəndən sonra tamaşaçılar tərəfindən böyük sevgi və anlamla qarşılandığını gördük. Bizim aramızda məhəbbət yarandı. Mən ilk dəfə 2004-cü ildə bunu Alim Qasımova təklif edəndə "təsnif yerlərini oynayarsan" dedi. Amma mən həm də muğamı oynamaq istədiyimi dedim. Musiqi zamanla işləyir, rəqs zamanı məkanlaşdırır. Biz bu layihəyə o vaxt başladıq. Amma arada fasilə oldu. Bu işin "dəmlənməsinə" vaxt lazım idi…
- 22 il vaxt keçdi…
- Bəli, 22 il… Deyə bilərəm ki, indi ilə müqayisədə o vaxtlar daha çox yorulurdum. Cavan olanda çalışırsan, axtarırsan, çox enerji sərf edirsən. Yaşlaşanda isə enerjidən çox, özün olmağı düşünürsən. İndi çağırışlar fərqlidir, dövr dəyişib. Mən tamaşaçılarıma həmişə hörmət edirəm, amma onları tamaşaçı kimi yox, evimə gələn qonaq kimi görürəm. O hörmətə görə, mən onlar üçün obraz yaratmaq, rol oynamaq istəmirəm, özüm olmaq istəyirəm. Əvvəllər mənə deyirdilər ki, səhnədən sənin nəfəsinin səs
Oxşar Xəbərlər
CəmiyyətMilli Onkologiya Mərkəzində baş verən partlayış hansı sualları gündəmə gətirdi? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətYaxın Şərqdəki gərginliyin əks-sədası: Azərbaycanın təkər bazarında qıtlıq yarandı - VİDEO
Azərbaycanda bazarlarda Asiya istehsalı olan təkərlərin qıtlığı yaranıb. Hətta, bəzi ölçülərdə olan təkərlər belə aylardır ki, tapılmır. Bu da təkər bazarında durğunluğa səbəb olub.
CəmiyyətBakının əvvəllər Kirovun, indi isə Rəsulzadənin adını daşıyan qəsəbəsindən REPORTAJ - VİDEO
Baku TV bir vaxtlar "Kirov qəsəbəsi" adlandırılan, hazırda isə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi olan ərazidən reportaj hazırlayıb. Qəsəbə sakinləri ərazinin hazırkı vəziyyəti və keçmişi barədə fikirlərini bölüşüblər.
CəmiyyətMaştağadakı psixiatriya xəstəxanasından pasiyentlər qaçıblar? - Yaxınlıqda yaşayan sakinlər DANIŞDILAR - VİDEO
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanası ilə bağlı son günlər sosial mediada belə bir xəbər dolaşır ki, guya bu xəstəxanadan ona yaxın xəstə qaçıb və onların arasında təxminən iki il öncə ailə üzvlərini öldürən Əhməd Əhmədov da var.