
Azərbaycanı logistika mərkəzinə aparan yol - LONGREAD - FOTO
Son illər dünya xəritəsində ticarət yolları iqtisadi çərçivədən çıxaraq, daha çox geosiyasi alətə çevrilib. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi qlobal logistikanın illərlə formalaşmış balansını sarsıdaraq, marşrutların təhlükəsizlik və etibarlılıq prizmasından yenidən qiymətləndirilməsinə səbəb olub. Əgər bir zamanlar Çinlə Avropa arasında yük axınının əsas hissəsi Şimal marşrutu ilə - Rusiya üzərindən daşınırdısa, bu gün həmin xətt sanksiyalar, siyasi risklər və qeyri-müəyyənlik fonunda əvvəlki
Son illər dünya xəritəsində ticarət yolları iqtisadi çərçivədən çıxaraq, daha çox geosiyasi alətə çevrilib. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi qlobal logistikanın illərlə formalaşmış balansını sarsıdaraq, marşrutların təhlükəsizlik və etibarlılıq prizmasından yenidən qiymətləndirilməsinə səbəb olub. Əgər bir zamanlar Çinlə Avropa arasında yük axınının əsas hissəsi Şimal marşrutu ilə - Rusiya üzərindən daşınırdısa, bu gün həmin xətt sanksiyalar, siyasi risklər və qeyri-müəyyənlik fonunda əvvəlki cəlbediciliyini əhəmiyyətli dərəcədə itirib. Bundan başqa, Yaxın Şərqdə baş verən son hadisələr İran üzərindən yükdaşımalara mənfi təsir göstərib. Belə ki, "Şərq-Qərb" dəhlizinin cənub seqmenti İrandan keçdiyinə görə son hadisələr bu ölkə üzərindən yükdaşımalara ciddi zərbə vurub.
Eyni vaxtda, Yaxın Şərqdə artan gərginlik və xüsusilə Qırmızı dəniz hövzəsində təhlükəsizlik risklərinin artması Süveyş kanalı üzərindən keçən ənənəvi dəniz marşrutlarını ciddi təzyiq altında saxlayır. Gəmiçilik marşrutlarına hücumlar və sığorta xərclərinin artması bu xəttin sabitliyini zəiflədir. Digər tərəfdən, Hörmüz boğazı ətrafında artan hərbi-siyasi gərginlik qlobal enerji və yük daşımalarının ən kritik "dar boğazları"ndan birini risk altına salır. Bu isə dünya ticarətinin mühüm hissəsinin keçdiyi dəniz yollarında qeyri-müəyyənliyi daha da dərinləşdirir.
Bu fonda Avrasiya məkanında yeni "ticarət coğrafiyası" formalaşır - daha qısa, daha təhlükəsiz və daha proqnozlaşdırılabilən marşrutlara ehtiyac kəskin şəkildə artır.
Məhz belə bir geosiyasi transformasiya dövründə Xəzər dənizi üzərindən keçən Şərq-Qərb xətti - Orta Dəhliz alternativ olmaqla yanaşı, getdikcə qlobal ticarətin strateji dayaqlarından birinə çevrilir. Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bu marşrut artıq xəritədə çəkilmiş xətdən daha böyük məna daşıyır: o, dəyişən dünya nizamında etibarlılıq, çeviklik və geosiyasi balansın simvoluna çevrilir.
Rəqəmlər nə deyir?
Orta Dəhlizin artan əhəmiyyətini konkret statistik göstəricilər də aydın şəkildə təsdiqləyir.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, son 7 ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca daşımaların həcmi 0.8 milyon tondan 4.5 milyon tona qədər yüksəlib.
Son statistik hesabatlara görə, 2025-ci ildə sırf TBNM boyunca təxminən 77 min TEU daşınıb. Hədəf isə daha iddialıdır - 2029-cu ilə qədər konteyner daşımalarının 300 min TEU-ya çatdırılması planlaşdırılır.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin məlumatına görə isə, ümumiyyətlə, Bakı Beynəlxalq Dəniz Limanı tarixində ilk dəfə illik konteyner aşırma həcmi 107 min TEU səviyyəsinə çatıb. Bu rəqəmə həm TBNM ilə daşınan yüklər, həm də digər marşrutlar üzrə daşımalar daxildir. Bu göstəricini idarəetmə və inteqrasiya baxımından dönüş nöqtəsi kimi qəbul etmək olar.
"Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyası yükaşırma proseslərinin sürətlənməsinə və logistik marşrutların optimallaşdırılmasına imkan yaradıb.
Artıq bu inteqrasiya real nəticələr verib. Yükaşırma göstəricilərinin artması Bakı Beynəlxalq Dəniz Limanının regionun ən etibarlı logistik qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirir. Bu isə öz növbəsində Azərbaycanın Şərqlə Qərb arasında əsas tranzit mərkəzlərdən birinə çevrilməsi prosesini sürətləndirir.
Xüsusilə diqqətçəkən məqam odur ki, limanda tətbiq olunan yaşıl və rəqəmsal logistik həllər Orta Dəhliz üzrə inteqrasiyanı dərinləşdirərək həm yük həcmlərinin artımını, həm də iqtisadiyyat üçün daha yüksək əlavə dəyərin formalaşmasını vəd edir", - QSC bildirir.
Müqayisə üçün, liman 2018-ci ildə istifadəyə verilərkən onun illik yükaşırma gücü 15 milyon ton və 100 min TEU konteyner səviyyəsində idi. Lakin ADY-yə inteqrasiyadan sonra həyata keçirilən operativ layihələr nəticəsində bu potensial qısa müddətdə 150 min TEU ekvivalentinə çatdırılıb. Paralel olaraq, limana əlavə texnika cəlb olunub, əməliyyat prosesləri optimallaşdırılıb və müasir logistika həlləri tətbiq edilib.
Risklər dövründə təhlükəsiz yol
ADY hesab edir ki, hazırda dəhlizin əsas kommersiya yükü Çin və Mərkəzi Asiyadan Avropaya yönələn axın üzərində qurulub. Lakin artıq "əks istiqamət"in - Qərbdən Şərqə daşımaların artırılması istiqamətində də konkret addımlar atılır. 2024-cü ilin noyabrında Bakı-Sian ixrac blok qatarının yola salınması bu baxımdan simvolik dönüş nöqtəsi sayılır. 2024-cü ilin mayında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilməsi isə marşrutun elastikliyini artıraraq iki istiqamətli ticarət üçün yeni imkanlar açır. Avropa, o cümlədən Avstriya şirkətlərinin bu xəttə maraq göstərməsi də Orta Dəhlizin qlobal oyunçuya çevrildiyini sübut edir.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Orta Dəhlizin yüksəlişini daha geniş geoiqtisadi kontekstdə izah edir. O hesab edir ki, Orta Dəhliz 2017-ci ildən etibarən aktiv mərhələyə keçsə də, hələ də tam gücü ilə işləyən sistemə çevrilməyib: "Bu illər ərzində mühüm infrastrukt
Oxşar Xəbərlər
İqtisadiyyatDaha doqquz KOB subyektinə "Startap" şəhadətnaməsi verilib - FOTO
İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 272-yə çatıb.
İqtisadiyyatNazir: "Yağışlar taxılçılığa müsbət, meyvəçiliyə mənfi təsir edə bilər"
"Bu il yağışların bolluğu taxılçılıq sektoruna müsbət təsir edəcək".
İqtisadiyyatAzərbaycan Çinə fındıq və badam ixrac edəcək - FOTO
"Azərbaycan Çinə fındıq və badam ixrac edəcək".
İqtisadiyyatBakıda üç sərgi və forum keçirilir - FOTO
Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.