
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib.
Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib.
Gundem.today xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.
"Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və ikihəftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İranla münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir. Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir", - məlumatda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAlyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib - FOTO
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
SiyasətMehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
SiyasətTürk qoşunlarının Şuşaya girişi ilə qırğınlar necə dayandırıldı? - VİDEO
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
SiyasətMüzakirələrdən gözləntilər: İranın razılaşma şərtlərinə əməl etməmə SƏBƏBLƏRİ - VİDEO
Bütün diqqətlər İslamabaddadır. ABŞ və İran nümayəndələri arasında həm birbaşa, həm də vasitəçilərin iştirakı ilə müzakirələr keçirilir.