Son dəqiqə
"Yalı çapkını" serialının aktrisası İstanbulda saxlanıldıAğcabədidə 35 yaşlı kişi şadlıq sarayında öldüQanun var, amma əməl olunmur - Azərbaycanda yenə qohum evliliyi baş tutubSEPAH ABŞ-ni hədələdi - VİDEOABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcəkTikintidə həyatını itirən İlkinin FOTOSU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Kənd təsərrüfatı məhsulları təhlükədə - Qiymətlərə təsiri olacaqmı?
Kənd təsərrüfatı məhsulları təhlükədə - Qiymətlərə təsiri olacaqmı?
Cəmiyyət

Kənd təsərrüfatı məhsulları təhlükədə - Qiymətlərə təsiri olacaqmı?

Bu gün
17:00
0 baxış
Paylaş:

Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağışlar kənd təsərrüfatı sektorunda həm yeni ümidlər, həm də ciddi narahatlıqlar yaradıb. Dəyişkən hava şəraitinin aqrar sahəyə göstərdiyi təsir hazırda əkin sahələrində çalışan fermerlərdən tutmuş bazardakı sıravi istehlakçılara qədər bütün vətəndaşların diqqət mərkəzindədir.

Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağışlar kənd təsərrüfatı sektorunda həm yeni ümidlər, həm də ciddi narahatlıqlar yaradıb. Dəyişkən hava şəraitinin aqrar sahəyə göstərdiyi təsir hazırda əkin sahələrində çalışan fermerlərdən tutmuş bazardakı sıravi istehlakçılara qədər bütün vətəndaşların diqqət mərkəzindədir.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Kökümeyvəlilər və tərəvəz bitkiləri təhlükədədir"

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, son günlər ard-arda müşahidə edilən intensiv yağışlar kənd təsərrüfatı sektoruna həm müsbət, həm də mənfi təsir göstərməkdədir: "Yağıntıların əsas müsbət tərəfi torpağın təbii yolla nəmlənməsini təmin etməsi, fermerlərin suvarma xərclərini əhəmiyyətli dərəcədə azaltması və bitkilərin vegetasiya dövrü üçün zəruri olan rütubət balansını yaratmasıdır. Bu amil xüsusilə toxum səpimi, eləcə də payızlıq və yazlıq əkin kampaniyaları üçün olduqca əlverişli zəmin formalaşdırır. Lakin məsələnin digər tərəfi də var. Uzunmüddətli və aramsız yağıntılar torpaq qatının eroziyasına, əkin sahələrinin su altında qalmasına və nəticə etibarilə məhsulun zərər görməsinə gətirib çıxara bilər. Xüsusilə kökümeyvəlilər və tərəvəz bitkiləri həddindən artıq rütubətə məruz qaldıqda, onlarda çürümə və müxtəlif xəstəliklərin inkişaf riski kəskin artır. Bu cür hava şəraiti, həmçinin bəzi taxıl sahələrində dənli bitkilərin keyfiyyət göstəricilərini aşağı salaraq, ümumi məhsuldarlığa ciddi zərbə vura bilər. Müşahidələr göstərir ki, son intensiv yağışlar regionların xüsusiyyətlərindən asılı olaraq məhsula fərqli təsir edib. Bəzi ərazilərdə torpaq yetərincə nəmlənib və əkinlərin inkişaf dinamikası sürətlənib. Lakin digər bölgələrdə lokal su basmaları və xəstəliklər təsərrüfatlara artıq ziyan vurmağa başlayıb. Bu prosesdə ən çox risk altında olanlar torpağın rütubət səviyyəsinə xüsusilə həssas olan soğan və tərəvəz bitkiləridir".

A.Nəsirli bildirir ki, yaranmış vəziyyətdə ilk növbədə, əkin sahələri üzərində nəzarət gücləndirilməlidir. Su basmış və ya çürüməyəmeyilli ərazilərdə təcili drenaj işləri aparılmalı, bitki xəstəliklərinin yayılmasının qarşısını almaq məqsədilə profilaktik müalicə və qoruyucu tədbirlərə başlanılmalıdır.

Yağışlar məhsulların qiymətinə də təsir edəcək

İqtisadçının fikrincə, yağışlar fonunda qiymətlərin formalaşması birbaşa məhsulun həm ümumi həcmindən, həm də keyfiyyətindən asılı olacaq: "Əgər məhsulun əhəmiyyətli hissəsi itərsə, bazarda təklif azalacaq ki, bu da qiymət artımına səbəb olacaq. Əks ssenaridə isə, əgər yağıntılar ümumi məhsul bolluğu yaradarsa, qiymətlərdə azalma müşahidə edilə bilər".

"Yazda əkilən məhsullar üçün vəziyyət ürəkaçan deyil"

Aqrar ekspert Eldar Hüseynov bildirdi ki, intensiv yağıntıların kənd təsərrüfatına təsiri fərqlidir. Dənli bitkilər, taxıl və buğda sahələri üçün bu cür hava şəraiti olduqca əlverişlidir. Belə ki, həmin bitkilər yeraltı sularla qidalanacaq ki, bu da məhsuldarlığa müsbət təsir göstərəcək və qışlıq məhsullarda heç bir problem yaşanmayacaq: "Lakin yaz və yay üçün nəzərdə tutulan, xüsusən də yazda əkilən məhsullar üçün vəziyyət heç də ürəkaçan deyil. Məsələn, yağıntılar səbəbindən fermerlər artıq 20 gündür ki, kök əkinini həyata keçirə bilmirlər. Torpaq şumlanıb hazırlansa da, aramsız yağışlar çatların yaranmasına səbəb olur və əkin prosesini dayandırır. Bununla yanaşı, Sabirabad, Saatlı və İmişli rayonlarında qarpız, o cümlədən polietilen örtükaltı badımcan əkinində müəyyən çətinliklər yaranıb. Təbii amillər ən çox Aran və şimal bölgələrinə mənfi təsir göstərib. Şimalda açıq sahədə pomidor əkinləri ciddi ziyan görüb. Eyni zamanda, Mil-Muğan zonasında - Bərdə, Beyləqan və Ağcabədi rayonlarında yaz əkini üçün hazırlanan pomidor və bibər şitilləri itkiyə məruz qalıb. Nəzərə almaq lazımdır ki, bu bölgə məhsuldarlıq baxımından şimaldan təxminən 20 gün - 1 ay daha öndədir. Həmçinin Sabirabadda əkilməsi planlaşdırılan qarpız şitillərini hələ də sahəyə köçürmək mümkün olmayıb. Əkilmiş və sel suları altında qalan məhsullara gəldikdə isə, bu hala, əsasən, Quba bölgəsində rast gəlinib. Çayların daşması nəticəsində yeni salınmış moruq və çiyələk sahələri tamamilə su altında qalaraq sıradan çıxıb".

E.Hüseynovun sözlərinə görə, mövcud vəziyyətin fonunda bazarlarda yaxın vaxtlarda hər hansı ucuzlaşma gözlənilmir: "Təsadüfi deyil ki, son zamanlar çəhrayı pomidorun qiymətində də kəskin bahalaşma müşahidə edilir. Azərbaycanda 500 hektardan çəhrayı pomidor yığılmalı olduğu halda, hazırda bazarda cəmi 10 hektarın məhsulu var ki, bu da tələbatı ödəmir. Çünki məhsulun böyük bir qismi Rusiyaya və Polşa üzərindən Avropaya ixrac olunur. Bütün bu ixrac və təklif azlığı fonunda daxili bazarda pomidorun qiyməti hələ bir müddət baha olaraq qalacaq".

"Xəstəliklər yarana bilər"

Ekspertin fikrincə, digər narahatedici məqam intensiv yağışların ardınca günəşli havanın müşahidə olunmasıdır: "İstixanalarda yaranan nəmlik və torpaqdakı məhsulun üzərinə düşən günəş şüaları avtomatik olaraq bakterial xəstəliklərin oyanmasına

#Cəmiyyət#Azərbaycanda_qiymət_artımı#Aqrar_sektor

Oxşar Xəbərlər

Qanun var, amma əməl olunmur - Azərbaycanda yenə qohum evliliyi baş tutubCəmiyyət

Qanun var, amma əməl olunmur - Azərbaycanda yenə qohum evliliyi baş tutub

Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının - xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub. Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?

Bu gün
19:480
Məmmədlidə baş verən ağır qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDICəmiyyət

Məmmədlidə baş verən ağır qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI

Ötən gün Abşeron rayonunun Məmmədli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.

Bu gün
18:360
Sürücülərin NƏZƏRİNƏ: Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaqCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq

Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu gün
17:360
"Kənddə adam qalmır, hamı köçüb gedir" - Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEOCəmiyyət

"Kənddə adam qalmır, hamı köçüb gedir" - Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Oğuz rayonunun Ərmənət kəndinə gedən yol yararsız vəziyyətdədir.

Bu gün
16:320