
Azərbaycanın minifutbol millisinin üzvləri azarkeşlərlə görüşüblər - VİDEO
Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının üzvləri Bakıda azarkeşlərlə görüş keçiriblər.
Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının üzvləri Bakıda azarkeşlərlə görüş keçiriblər.
Gundem.today "Report"a istinadən xəbər verir ki, futbolçular Qənimətlər Parkının qarşısında azarkeşlərlə bir araya gəliblər. Tədbirdə xeyli azarkeş iştirak edib, Avropa çempionları böyük coşqu və alqışlarla qarşılanıb.
Milli komandanın üzvləri azarkeşlərlə ünsiyyət qurub, onlara göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdən sonra komanda üçün ayrılmış xüsusi avtobusla şəhər turu təşkil olunub. Marşrut boyunca paytaxt sakinləri və şəhər qonaqları milli komandanı salamlayaraq çempionluq münasibətilə təbriklərini çatdırıblar.
Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanDünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
İngiltərə yığmasının FIFA DÇ-2026-ya qət etdiyi yol, Tomas Tuhelin baş məşqçiliyi, tarixi Dünya Kuboku rekordları və unudulmaz matçları haqqında ən maraqlı məlumatları oxuyun.
İdmanRobin van Persi "Feyenoord"dan uzaqlaşdırıldı
Niderland millisinin sabiq hücumçusu Robin van Persi Rotterdamın "Feyenoord" klubunun baş məşqçisi vəzifəsindən azad edilib.
İdmanDanimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığmasına qarşı keçirilən yoldaşlıq matçında huşunu itirib.
İdmanAziz Yıldırım səkkiz illik fasilədən sonra yenidən "Fənərbağça"nın prezidenti seçildi
"Fənərbağça" klubunda keçirilən növbədənkənar ümumi seçkinin qeyri-rəsmi nəticələrinə əsasən klubun yeni prezidenti Aziz Yıldırım olub.