
"Azercell" Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
"Azercell" şirkəti "Azərxalça" ASC ilə tərəfdaşlıq əsasında qadınların sosial həyatda rolunun gücləndirilməsinə yönəlmiş növbəti təşəbbüsünü reallaşdırıb.
"Azercell" şirkəti "Azərxalça" ASC ilə tərəfdaşlıq əsasında qadınların sosial həyatda rolunun gücləndirilməsinə yönəlmiş növbəti təşəbbüsünü reallaşdırıb.
"Azercell Telekom" MMC "Azərxalça" ASC ilə əməkdaşlıqda qadın həmrəyliyini və gücünü əks etdirən "Minlərlə ilmə, bir güc" sosial təşəbbüsünü uğurla həyata keçirib. Təşəbbüs, eyni zamanda, Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədi daşıyıb.
Layihə çərçivəsində qadınlar arasında həmrəyliyi, onların cəmiyyətin sosial və mədəni inkişafındakı rolunu simvollaşdıran xüsusi xalça hazırlanıb.
Təşəbbüs 2-3 may tarixlərində keçirilən Beynəlxalq Xalça Festivalı zamanı geniş ictimaiyyətə təqdim edilib. Festival günlərində qadın ziyarətçilər və ictimai xadimlər təşəbbüsə böyük maraq göstərərək xalçanın yaradılma prosesində birbaşa iştirak ediblər. Belə ki, festivalın qadın iştirakçıları xalçaya ilmə vuraraq bu unikal sənət nümunəsinin formalaşmasına öz töhfələrini veriblər.
"Azercell Telekom" MMC layihəyə qoşularaq xalçanın hazırlanmasında iştirak edən bütün qadınlara öz təşəkkürünü bildirir!
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərAzərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilir
Azərbaycan Universitetində "The Future of Higher Education: Global Perspectives, Local Impact" (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı ikigünlük beynəlxalq konfrans keçirilir. Tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.
Digər"McDonald's Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədi
Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.
Digər"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir
"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir. Bu əlamətdar tarix Yaponiya bazarının aviaşirkətin beynəlxalq marşrut şəbəkəsində mühüm yer tutduğunu göstərir və şirkətin beynəlxalq yük aviadaşımalarının inkişafına uzunmüddətli yanaşmasını bir daha təsdiqləyir.
Digər"Referans Medical Group" və "Novo Nordisk Azərbaycan" piylənmə mərkəzlərinin yaradılması istiqamətində strateji müqavilə imzalayıb
Azərbaycanda artıq çəki və piylənmə problemi getdikcə aktual xarakter alır və bu istiqamətdə daha sistemli və effektiv yanaşmalara ehtiyac artır. Mütəxəssislər bildirirlər ki, piylənmə yalnız həyat tərzi ilə bağlı deyil, uzunmüddətli idarə olunma tələb edən bir vəziyyətdir. Bu isə sahədə yeni və daha müasir yanaşmaların tətbiqini zəruri edir.