
Qonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"
Bakıda qonşularını qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Bakıda qonşularını qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Gülnar Müzəffərova dindirilib.
G.Müzəffərova bildirib ki, 2022-ci ilin dekabrında qonşusu ona təcavüz edib:
"Yoldaşım Rusiyaya işləməyə getmişdi. Ona dəfələrlə demişdim ki, hasar alçaqdır, ona bir əncam çək. Qonşum zirzəmidən keçib otağıma girmişdi. Elşən gəldi Rusiyadan və hər şeyi ona etiraf etdim.
Bir gün yoldaşım evdən çıxdı. Hara getdiyini soruşanda dedi ki, daş atmağa gedirəm. Hadisənin necə olması, baş verməsi barədə məlumatım yoxdur. Sonra yoldaşım gəldi, dedi ki, onu öldürmüşəm. Mən də şoka düşdüm. Atama-anama dedim. Yaxınlarıma səs atdım ki, halallıq verin, özümü öldürürəm. İplə özümü asıb öldürmək istəyirdim.
Onun öldürülüb basdırıldığı quyu da kanalizasiya üçün qazılmışdı. Mənim bu hadisədə heç bir günahım yoxdur".
Məhkəmənin növbəti iclası iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.
İttihama görə, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları - 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və onun arvadı, 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Hər üç təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalRəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmayılova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb.
KriminalLerik polisindən ƏMƏLİYYAT: Biri qadın olmaqla üç nəfər saxlanıldı - VİDEO
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.
KriminalDini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU
Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Orxan Fazil oğlu Sayadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
KriminalKütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildi
Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.