Son dəqiqə
Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir? - DOSYEGoranboyda "Ford Fusion" mikroavtobusla toqquşdu: YARALILARIN SON DURUMUAvropa İttifaqı xəttinə zidd addım: Fransa regionda tək qalır? - VİDEOPrezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcəkQlobal neft ehtiyatları son səkkiz ilin minimumuna yaxınlaşırİlham Əliyev yeni rektor təyin etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Ceyhun Bayramov və Kaya Kallasın geniştərkibli görüşü olub - FOTO
Ceyhun Bayramov və Kaya Kallasın geniştərkibli görüşü olub - FOTO
Siyasət

Ceyhun Bayramov və Kaya Kallasın geniştərkibli görüşü olub - FOTO

Bu gün
15:15
0 baxış
Paylaş:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli formatda görüş keçirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli formatda görüş keçirilib.

Bu barədə Gundem.today Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

An expanded meeting was held between the Minister of Foreign Affairs of #Azerbaijan Jeyhun Bayramov and @KajaKallas, EU High Representative for Foreign Affairs and Security Policy, Vice President of the European Commission @AzerbaijanMFA.The sides had a comprehensive… pic.twitter.com/hjZ0d3wEMT

Belə ki, tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin bütün istiqamətlərini əhatə edən hərtərəfli müzakirələr aparıblar. Bu çərçivədə siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.

Görüşdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı kimi rolu, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.

Bununla yanaşı, ticarət və investisiyalar, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, həmçinin nəqliyyat və logistika əlaqələri müzakirə olunub.

Xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri diqqət mərkəzində olub.

Bildirilib ki, tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən post-münaqişə dövründə vəziyyəti, yenidənqurma və bərpa işlərini, humanitar minatəmizləmə fəaliyyətlərini və Cənubi Qafqazda davam edən normallaşma prosesini müzakirə ediblər.

Dayanıqlı sülh və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

Gundem.today xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

HAPPENING NOW:Minister of Foreign Affairs of #Azerbaijan Jeyhun Bayramov welcomes @KajaKallas, EU High Representative for Foreign Affairs and Security Policy, Vice President of the European Commission @AzerbaijanMFA.The visit highlights the importance of 🇦🇿-🇪🇺 engagement and… pic.twitter.com/lZFvwJFWex

Qeyd olunub ki, səfər dəyişən regional və qlobal dinamika dövründə Azərbaycan - Avropa İttifaqı qarşılıqlı əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır. Bu, qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan əməkdaşlığı genişləndirmək üçün imkan yaradır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Ceyhun_Bayramov#Kaya_Kallas#Avropa_İttifaqı#Avropa_Komissiyası#Xarici_İşlər_Nazirliyi#Azərbaycan#beynəlxalq_əlaqələr#rəsmi_görüş#diplomatiya.

Oxşar Xəbərlər

Avropa İttifaqı xəttinə zidd addım: Fransa regionda tək qalır? - VİDEOSiyasət

Avropa İttifaqı xəttinə zidd addım: Fransa regionda tək qalır? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri barədə müzakirə aparılıb.

Bu gün
16:400
Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcəkSiyasət

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu gün
16:350
İlham Əliyev yeni rektor təyin etdiSiyasət

İlham Əliyev yeni rektor təyin etdi

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Bu gün
16:300
Azərbaycanla İƏT arasında saziş TƏSDİQLƏNDİSiyasət

Azərbaycanla İƏT arasında saziş TƏSDİQLƏNDİ

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib.

Bu gün
16:290