
"AzInTelecom"un superkompüter infrastrukturundan istifadə genişlənir
"AZCON Holdinq" şirkətlərindən olan "AzInTelecom" MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.
"AZCON Holdinq" şirkətlərindən olan "AzInTelecom" MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.
Süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçün geniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlət qurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasına başlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və daha bir neçə qurum yararlanmaqdadır.
Superkompüter infrastrukturunda tətbiq olunan "NVIDIA H200 GPU" çipləri böyükhəcmli məlumatların yüksək sürətlə emalına imkan verir və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təmin edir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xarici resurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şərait yaradır.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafı sürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir. "AzInTelecom" tərəfindən superkompüter infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə "GPU" resurslarının təmin olunması istiqamətində işlər davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Kaşıbeyaz" artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"də
Bakı şəhərinin premium həyat tərzi məkanlarından biri olan "Dreamland"də türk mətbəxinin tanınmış brendlərindən Kaşıbeyaz fəaliyyətə başlayır. Türkiyədə uzun illərə dayanan kulinariya irsini və qonaqpərvərlik ənənəsini özündə birləşdirən Kaşıbeyaz, Bakıda həm dad, həm də konsept baxımından fərqli bir restoran təcrübəsi təqdim etməyi hədəfləyir. Brendin şəhərə gəlişi, paytaxtın restoran və həyat tərzi səhnəsində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.
Digər"Azercell" eSIM-ə keçidi tam rəqəmsallaşdırdı
"Azercell Telekom" MMC müştəri təcrübəsini daha da təkmilləşdirmək və xidmətlərini tam rəqəmsal müstəviyə keçirmək istiqamətində növbəti yeniliyi təqdim edib. Artıq istifadəçilər fiziki SIM kartdan eSIM-ə keçidi müştəri xidmətlərinə müraciət etmədən, birbaşa tətbiq üzərindən sürətli və rahat şəkildə həyata keçirə bilərlər.
Digər"360° Cyber" günü: "B&B Security" AI dövrünün kibertəhlükəsizlik həllərini təqdim edib
Ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti "B&B Security" tərəfindən ilk dəfə təşkil olunan beynəlxalq "360° Cyber" günü uğurla həyata keçirilib. Sürətlə dəyişən rəqəmsal dünyada kibertəhlükəsizlik çağırışlarının müzakirəsinə həsr olunan tədbir 400-dən çox peşəkarı bir araya gətirib və gələcəkdə hər il keçirilməsinin planlaşdırıldığı bütün tədbir iştirakçıları ilə paylaşılıb.
Digər"Baku Steel Company" Almaniyada "Tube 2026" sərgisində
13-17 aprel 2026-cı il tarixlərində Almaniyanın Düsseldorf şəhərində boru sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri olan "Tube 2026" sərgisi keçirilib. Azərbaycanı sərgidə yeganə milli iştirakçı qismində "Baku Steel Company" QSC (bundan sonra - BSC) təmsil edib.