Son dəqiqə
ABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi"Nar" Kitab gününü Salyanda qeyd edibİncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır"Ermənilərin əsassız ittihamları vəziyyəti gərginləşdirə bilər" – İcma sədrindən İrəvana ÇAĞIRIŞ"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisi"Qarabağ"la gərgin kubok matçı "Sabah" üçün əlamətdar olub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "360° Cyber" günü: "B&B Security" AI dövrünün kibertəhlükəsizlik həllərini təqdim edib
"360° Cyber" günü: "B&B Security" AI dövrünün kibertəhlükəsizlik həllərini təqdim edib
Digər

"360° Cyber" günü: "B&B Security" AI dövrünün kibertəhlükəsizlik həllərini təqdim edib

20 aprel 2026
15:56
0 baxış
Paylaş:

Ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti "B&B Security" tərəfindən ilk dəfə təşkil olunan beynəlxalq "360° Cyber" günü uğurla həyata keçirilib. Sürətlə dəyişən rəqəmsal dünyada kibertəhlükəsizlik çağırışlarının müzakirəsinə həsr olunan tədbir 400-dən çox peşəkarı bir araya gətirib və gələcəkdə hər il keçirilməsinin planlaşdırıldığı bütün tədbir iştirakçıları ilə paylaşılıb.

Ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti "B&B Security" tərəfindən ilk dəfə təşkil olunan beynəlxalq "360° Cyber" günü uğurla həyata keçirilib. Sürətlə dəyişən rəqəmsal dünyada kibertəhlükəsizlik çağırışlarının müzakirəsinə həsr olunan tədbir 400-dən çox peşəkarı bir araya gətirib və gələcəkdə hər il keçirilməsinin planlaşdırıldığı bütün tədbir iştirakçıları ilə paylaşılıb.

Tədbirdə Azərbaycanın dövlət və özəl sektorunu təmsil edən iştirakçılarla yanaşı, Türkiyə, Özbəkistan, İsrail, Kanada, BƏƏ və Ukraynadan olan qonaqlar da iştirak ediblər.

Açılış nitqi ilə "B&B Security" şirkətinin İdarə Heyətinin Sədri Nazim Qasımzadə qonaqları salamlayaraq, şirkətin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Tədbirin xüsusi qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov çıxışında ölkə səviyyəsində kibertəhlükəsizlik üzrə prioritet istiqamətlər və mövcud çağırışlar barədə mövzulara toxunub.

"31 Concept" şirkətinin strategiya üzrə baş müdiri Jochanan Sommerfeld qlobal tendensiyaları və təşkilatların kibertəhdidlərə hazırlıq strategiyalarını paylaşıb.

"B&B Security"nin 360° yanaşması

Tədbir çərçivəsində "B&B Security" şirkətinin kibertəhlükəsizlik sahəsindəki fərqləndirici mövqeyi - tam həyat dövrünü əhatə edən 360° xidmət modeli iştirakçılara təqdim edildi. Şirkətin regionda rəqabət üstünlüyünü təmin edən bu yanaşma, kibertəhlükəsizliyi ayrı-ayrı həllər toplusu kimi deyil, vahid və ardıcıl bir idarəetmə sistemi kimi təqdim edir. Bundan əlavə, müasir kibertəhdidlərə qarşı mübarizədə süni intellekt texnologiyalarından strateji istifadənin əhəmiyyəti xüsusi vurğulanıb.

Təqdimatlar və panel müzakirələri

Tədbir çərçivəsində "B&B Security" şirkətinin baş icraçı direktorun kommersiya üzrə müavini Anar Xanəliyev, baş icraçı direktorun İnformasiya Təhlükəsizliyi üzrə müavini Vüsal Ramazanlı və şirkətin İnformasiya təhlükəsizliyi üzrə baş müdiri Aydın Qurbanlı tərəfindən təşkilatların qarşılaşdığı real təhlükə ssenariləri və onların idarə olunması üzrə yanaşmalar təqdim olunub.

"Kibertəhlükəsizlik təcrübədə: riskdən reaksiyaya doğru" adlı ilk panel Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İcraçı direktoru Rauf Cabarovun moderatorluğu ilə keçirildi və B&B Security ekspertləri - İdarəetmə, Risk və Uyğunluq şöbəsinin rəhbəri Daşqın Lazımov, Kiberhücum əməliyyatları şöbəsinin rəhbəri Cəbrayıl Tağıyev və Kibermüdafiə əməliyyatları şöbəsinin rəhbəri Rəşid Məmmədrzayev tərəfindən real təhdid ssenariləri və tətbiq yönümlü yanaşmalar çərçivəsində geniş şəkildə təhlil edilib.

İkinci paneldə isə "Kibertəhlükəsizliyin gələcəyi, süni intellekt əsaslı hücumlara qarşı strategiyalar və bu mübarizədə insan, proses və texnologiyanın rolu" mövzusu diqqət mərkəzində oldu. Panel "B&B Security" şirkətinin Kommersiya üzrə baş müdiri Hüseyn Nəcəfzadənin moderatorluğu ilə təşkil olundu və "Techpro DC", "Cymulate", "Check Point" və "Bakotech" şirkətlərində nümayəndələrin iştirakı ilə keçirilib.

Qlobal tərəfdaşların iştirakı

Tədbirdə "Commvault", "Opinnate", "Splunk" şirkətlərinin nümayəndələri sifarişçilər üçün ilk dəfə çıxış edərək qabaqcıl texnologiyalar və real tətbiq ssenariləri barədə məlumat verdilər. "CyberArk" şirkətinin nümayəndəsi isə təqdimatında kibertəhlükəsizliyin gələcəyində kimlik əsaslı yanaşmanın rolunu xüsusilə vurğuladı.

Tədbirin tərəfdaşları

"B&B Security" tədbirin həyata keçirilməsində dəstək göstərən bütün tərəfdaş şirkətlərinə təşəkkürünü bildirib: AKTA, "Splunk", "Commvault", "Opinnate", "CyberArk", "Cymulate", "CrowdStrike", "Fortinet", "Forcepoint", "Check Point", "Techpro DC", "Softprom" və "Bakotech".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Rəqəmsal_İnkişaf_və_Nəqliyyat_Nazirliyi#Elektron_Təhlükəsizlik_Xidməti#Kibertəhlükəsizlik#Azərbaycan_Kibertəhlükəsizlik_Təşkilatları_Assosiasiyası_(AKTA)

Oxşar Xəbərlər

"Nar" Kitab gününü Salyanda qeyd edibDigər

"Nar" Kitab gününü Salyanda qeyd edib

Sərfəli mobil operator "Nar" 23 aprel Beynəlxalq Kitab Günü münasibətilə ölkənin bölgələrində maarifləndirici təşəbbüslərini davam etdirərək növbəti layihəsini uğurla həyata keçirib.

Bu gün
12:260
"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisiDigər

"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisi

SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib.

Bu gün
12:180
"Expressbank" "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçiribDigər

"Expressbank" "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

"Expressbank" Sahibkarlar Günü münasibətilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin (GXSSD) üzvləri ilə işgüzar səhər yeməyi formatında görüş təşkil edib.

Bu gün
12:030
"Dreame" ən güclü və nazik "X60 Ultra Complete" robot-tozsoranının satışına başlayırDigər

"Dreame" ən güclü və nazik "X60 Ultra Complete" robot-tozsoranının satışına başlayır

Premium səviyyəli robot-tozsoranların satışı üzrə dünya lideri olan "Dreame", yeni flaqman modeli "X60 Ultra Complete"in 28 aprel tarixində Azərbaycanda satışa çıxarılacağını açıqlayıb. Robot-tozsoran bazarda ən inkişaf etmiş naviqasiya və maneələrdən yayınma sistemlərindən birini formalaşdıran aparat və proqram həllərinin kompleksinə əsaslanır.

Bu gün
10:310