
"Baku Steel Company" Almaniyada "Tube 2026" sərgisində
13-17 aprel 2026-cı il tarixlərində Almaniyanın Düsseldorf şəhərində boru sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri olan "Tube 2026" sərgisi keçirilib. Azərbaycanı sərgidə yeganə milli iştirakçı qismində "Baku Steel Company" QSC (bundan sonra - BSC) təmsil edib.
13-17 aprel 2026-cı il tarixlərində Almaniyanın Düsseldorf şəhərində boru sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri olan "Tube 2026" sərgisi keçirilib. Azərbaycanı sərgidə yeganə milli iştirakçı qismində "Baku Steel Company" QSC (bundan sonra - BSC) təmsil edib.
Sərgi çərçivəsində şirkətin nümayəndə heyəti Avropa İttifaqı, ABŞ, Mərkəzi Asiya və Yaxın Şərq regionlarından olan mövcud və potensial müştərilərlə bir sıra işgüzar görüşlər keçirib. Danışıqların nəticəsi olaraq tərəfdaşların BSC-nin istehsalat sahələrinə səfərləri, eləcə də xarici regionlarda sifarişçilərin obyektlərinə texniki səfərlərin təşkili razılaşdırılıb. Keçirilən görüşlər şirkətin ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq işgüzar əlaqələrinin yeni müstəviyə çıxarılması baxımından əhəmiyyətli olub.
Bundan əlavə, aparıcı avadanlıq istehsalçıları ilə keçirilən görüşlərdə perspektivli birgə layihələr, uzunmüddətli təchizat imkanları və texnoloji əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tədbirin önəmli nəticələrindən biri də BSC-nin Beynəlxalq Boru Assosiasiyasına ("International Tube Association" - ITA) üzvlük üçün rəsmi dəvət alması olub. Bu, şirkətin beynəlxalq bazarlardakı fəallığının, artan sənaye nüfuzunun və qlobal standartlara uyğun fəaliyyətinin göstəricisidir.
"Tube" sərgisi 1988-ci ildən etibarən iki ildən bir keçirilir. 2026-cı il sərgisində 40-dan çox ölkədən 1100-dən artıq şirkət iştirak edərək boru sənayesi üçün geniş çeşiddə həllər nümayiş etdirib.
Xatırladaq ki, BSC 2024-cü ildə API ("American Petroleum Institute") sertifikatını əldə edərək, bu beynəlxalq standart çərçivəsində istehsal olunan boru məhsullarının ABŞ və Avropa İttifaqı bazarlarına ixracına başlayıb. Bu sertifikat şirkətin məhsullarının neft-qaz sənayesinin yüksək keyfiyyət və texniki tələblərinə uyğunluğunu təsdiq edir və beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini daha da gücləndirir.
Şirkət haqqında
"Baku Steel Company" QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.
Ətraflı məlumat üçün: www.bakusteel.com
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb
"Azərlotereya" ASC-nin sponsoru olduğu "DH Volley" ("Demirören Holdinq") komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.
Digər"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub
Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.
Digər"Azeronline" yüksəksürətli internet performansı üzrə lider mövqeyini gücləndirir
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline" sabit genişzolaqlı internet xidmətlərində yüksək sürət və performans göstəriciləri ilə bazarda lider mövqeyini qorumaqda davam edir.
Digər"Bir"in də dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" uğurla başa çatdı
İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan "Bir ekosistemi"nin də sponsorluğu ilə keçirilən "Azərbaycan Biznes Keys Müsabiqəsi"nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb. Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.