Son dəqiqə
Ceyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblərNikolya Sarkozi həbs cəzasından azad edildiXİN: "Fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik"Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktların üstü açıldı - VİDEOABŞ hərbçilərini Litva və Polşada yerləşdirir? - Prezidentlərdən AÇIQLAMAMingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - VİDEO
Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - VİDEO
Siyasət

Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - VİDEO

Bu gün
22:00
0 baxış
Paylaş:

Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə Cənubi Qafqaz üzərindən böyük geosiyasi mesaj verməyə çalışdı. Amma bu dəfə plan sərhəddəcə iflasa uğradı.

Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə Cənubi Qafqaz üzərindən böyük geosiyasi mesaj verməyə çalışdı. Amma bu dəfə plan sərhəddəcə iflasa uğradı.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

"AzFront" teleqram kanalının yaydığı xəbərə görə, 3-5 may tarixlərində Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak etmək üçün Ermənistana səfər edən Makron İrəvandan birbaşa quru sərhədi vasitəsilə Türkiyəyə keçmək istəyib. Məqsəd isə təkcə Rəcəb Tayyib Ərdoğanla görüşmək deyildi. Bu həm də 30 ildən artıq bağlı qalan Türkiyə-Ermənistan sərhədindən keçməklə siyasi simvol yaratmaq cəhdi idi.

Paris bununla dünyaya göstərmək istəyirdi ki, regionda hələ də söz sahibidir. Amma Ankara fərqli qərar verdi.

Məlumata görə, məsələ ən yüksək səviyyədə müzakirə olundu və Azərbaycanın mövqeyi nəzərə alınaraq Makronun bu planına razılıq verilmədi. Bu qərar bir daha göstərdi ki, Cənubi Qafqazla bağlı strateji məsələlərdə Bakı-Ankara koordinasiyası dəyişməz olaraq qalır.

Makron isə son illərdə ard-arda diplomatik uğursuzluqlarla üzləşir.

Afrikada Fransanın təsir zonası daralır. Yaxın Şərqdə isə Paris əvvəlki çəkisini itirib. Ukrayna məsələsində səsləndirilən iddialı bəyanatlar real nəticə verməyib. İndi isə Ermənistan üzərindən qurulması istənən yeni siyasi səhnə də alınmadı.

"Makron dövründə Fransa diplomatiyası sürətlə öz əhəmiyyətini itirir". Bu fikri Fransanın nüfuzlu "Le Journal du Dimanche" nəşri yazıb.

Hadisələrin fonunda Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları da müzakirə mövzusuna çevrilib.

Onun "İrəvanda özümü evimdəki kimi hiss edirəm" deməsi və danışıqlarda erməni maraqlarını düşündüyünü vurğulaması suallar doğurub.

Regionda balans son dərəcə həssasdır və görünən odur ki, Ankara bu həssaslığın fərqindədir.

Makronun sərhədi keçə bilməməsi isə sadəcə diplomatik protokol məsələsi deyil. Bu həm də yeni geosiyasi reallığın mesajıdır: Cənubi Qafqaz artıq uzaq paytaxtların siyasi dekorasiyası deyil. Bu regionda qərarlar burada formalaşan güc balansına uyğun verilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Fransa#Türkiyə#Ukrayna#Bakı#Rəcəb_Tayyib_Ərdoğan#Emmanuel_Makron#Ermənistan#Cənubi_Qafqaz

Oxşar Xəbərlər

Ceyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblərSiyasət

Ceyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər

Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı aparılıb.

Bu gün
23:160
XİN: "Fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik"Siyasət

XİN: "Fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik"

"Mayın 6-da Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik".

Bu gün
23:120
bp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Kral III Çarlzın adından mükafatlar təqdim olunubSiyasət

bp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Kral III Çarlzın adından mükafatlar təqdim olunub

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "British Council"ın direktoru Nərgiz Hacıyevaya Böyük Britaniya Kralı III Çarlzın adından fəxri mükafatlar təqdim olunub.

Bu gün
22:360
Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEOSiyasət

Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEO

Böyük siyasətdə bəzən bir jest yüzlərlə sözdən, uzun-uzadı bəyanatlardan daha kəsərli olur. Yəni səssiz görünən diplomatik gedişlər, əslində, ən gurultulu mesajları verir.

Bu gün
21:420