Son dəqiqə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaqMüdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEOSEPAH ABŞ-yə ultimatum verdiHindistanda zənciri qopan fil mərasim zamanı dəhşət saçdı: Ölən var - VİDEOSöküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi - FOTOİranda etiraz aksiyalarının iştirakçısı edam edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşdi - FOTO
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşdi - FOTO
İdman

"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşdi - FOTO

Bu gün
14:02
0 baxış
Paylaş:

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.

Gundem.today xəbər verir ki, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu il ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

Məhərrəm Əliyev

"Bakı Marafonu 2026" başlayıb.

Gundem.today xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib.

Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışırlar.

Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.

Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Bakı_Marafonu_2026

Oxşar Xəbərlər

Finiş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"İdman

Finiş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"

"Daha əvvəl Bakıda yarı marafonu qazanmış idmançı kimi yenidən burada - "Bakı Marafonu"nda qalib olmaq mənim üçün böyük xoşbəxtlikdir".

Bu gün
14:160
İlham Məhərrəmov: "Marafonda iştirak etməkdən məmnunuq"İdman

İlham Məhərrəmov: "Marafonda iştirak etməkdən məmnunuq"

"Yarış barədə təəssüratlarımız çox yaxşıdır".

Bu gün
12:480
Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədiİdman

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

İkiqat Olimpiya çempionu, amerikalı üzgüçü Qretçen Uolş 100 metr məsafəyə kəpənək (batterflay) üzmə üsulunda dünya rekordu yeniləyib.

Bu gün
12:000
Rəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"İdman

Rəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"

"Yarışla bağlı təəssüratlarımız çox əladır".

Bu gün
11:480