
Bakı-Qazax yolundan ŞİKAYƏT: "110-luq yolda aşağı sürətlə radara düşürük"
Bakı-Qazax avtomobil yolunun 76-cı kilometrliyində quraşdırılmış radar qurğusu ilə bağlı narazılıq yaranıb.
Bakı-Qazax avtomobil yolunun 76-cı kilometrliyində quraşdırılmış radar qurğusu ilə bağlı narazılıq yaranıb.
Bu barədə Gundem.today-a sürücülər tərəfindən müraciət daxil olub.
Onların sözlərinə görə, sözügedən ərazidə əvvəllər sürət həddi 90 km/saat olub, lakin sonradan 110 km/saat olaraq dəyişdirilib. Buna baxmayaraq, radar qurğusunun əvvəlki qaydada işləməyə davam etdiyi iddia olunur.
Sürücülər bildirirlər ki, nəticədə yol hərəkəti iştirakçıları yeni sürət həddinə uyğun hərəkət etsələr belə, sistem tərəfindən cərimələnirlər:
"Yolun sol tərəfində 76-cı kilometr göstəricisi olan lövhədə sürət həddi 110 km/saat kimi qeyd olunub, videoda da aydın görünür. Lakin radar əvvəlki kimi işləyir və sürücüləri cərimələyir".
Təqdim olunan görüntülərdə də magistral yolda 110 km/saat sürət həddini göstərən nişanın mövcud olduğu, eyni zamanda sürücünün 100 km/saatdan bir qədər artıq sürətlə hərəkət etdiyi halda cərimə olunduğu əks olunur.
Sürücülər qeyd edirlər ki, bu hal çoxsaylı narazılığa səbəb olub. Bildirirlər ki, artıq bir neçə nəfər bu səbəbdən cərimələnib. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və haqsız tətbiq olunan cərimələrin ləğvini tələb edirlər.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda ilk dəfə çərpələng festivalı keçirildi - VİDEO
Azərbaycanda ilk dəfə böyük miqyasda çərpələng festivalı təşkil olunub. Qeyd edək ki, bu festival iştirakçıların böyük sevincinə və yüksək əhvali-ruhiyyəsinə səbəb olub.
CəmiyyətDəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında dermatoloji problemlər barədə müzakirə aparılıb.
CəmiyyətTürkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub - FOTO
Aprelin 18-də Türkiyə Ali Məhkəməsinin hakimi, Aparat rəhbəri Mehmet Fatih Belviranlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.
CəmiyyətBakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.