
Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir
ABŞ-də reper Tori Leynz (Deystar Piterson) Kaliforniya həbsxana sisteminə qarşı federal iddia qaldırıb. O, təhlükəli məhbusla qanunsuz olaraq eyni kameraya yerləşdirildiyini və həmin şəxsin ona hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirdiyini iddia edir.
ABŞ-də reper Tori Leynz (Deystar Piterson) Kaliforniya həbsxana sisteminə qarşı federal iddia qaldırıb. O, təhlükəli məhbusla qanunsuz olaraq eyni kameraya yerləşdirildiyini və həmin şəxsin ona hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirdiyini iddia edir.
Gundem.today xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, verilən məhkəmə iddiasına əsasən, Leynz aidiyyəti qurumlardan 100 milyon dollar təzminat tələb edir. Reper qeyd edir ki, onun başqa bir məhbusla eyni kameraya salınması qərarı əvvəlcədən təhlükəli olub və ağır nəticələrə gətirib çıxarıb. İddiaçı tərəfin məlumatına görə, hücum zamanı məhbus bıçaqla Leynzin kürək, bədən, baş və üz nahiyələrinə 16 zərbə endirib. Nəticədə reper təcili olaraq helikopterlə xəstəxanaya təxliyə edilib.
Tori Leynz bildirir ki, həbsxana əməkdaşları hadisəyə gec reaksiya verib və hücumun qarşısını dərhal ala bilməyiblər.
Məlumata görə ştat rəsmiləri məhkəmə prosesinin davam etdiyini əsas gətirərək iddia ilə bağlı şərh verməkdən imtina ediblər.
Xatırladaq ki, hazırda Tori Leynz 2020-ci ildə baş verən insident zamanı amerikalı müğənni "Megan Thee Stallion"a atəş açdığına görə 10 illik həbs cəzasına məhkum edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHollivud filmləri ilə tanınmış fransalı aktrisa vəfat edib
"Catch Me If You Can" ("Bacarsan, tut məni") filmindən tamaşaçılara tanış olan Fransa aktrisası Natali Bay 77 yaşında vəfat edib.
DünyaKiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Kiyevdə atışmanı 58 yaşlı rusiyaəsilli kişi törədib.
Dünya"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində bir sıra tədbirlərdə iştirak ediblər.
DünyaÇexiyada silah zavodunu yandırmaqda ittiham olunan altı nəfər həbs olundu
Çexiyada silah zavodunun yandırılması işi üzrə altı nəfər həbs olunub.