Son dəqiqə
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxunduECO-nun turizm nazirlərinin 7-ci görüşündə "Şuşa Bəyannaməsi" qəbul olunubİsrail ordusu HƏMAS-ın hərbi kəşfiyyat rəisini məhv edib - FOTO - VİDEOPrezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıbBəzi müəllimlərin aylıq maaşında artım olacaq: Kimlərə şamil ediləcək? - VİDEOTrampın atmacasına Kraldan möhtəşəm cavab - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Bakı Təşəbbüs Qrupundan Trans-Atlantik qul ticarətini pisləyən qətnaməyə TAM DƏSTƏK
Bakı Təşəbbüs Qrupundan Trans-Atlantik qul ticarətini pisləyən qətnaməyə TAM DƏSTƏK
Siyasət

Bakı Təşəbbüs Qrupundan Trans-Atlantik qul ticarətini pisləyən qətnaməyə TAM DƏSTƏK

30 mart 2026
16:03
1 baxış
Paylaş:

Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyasının qəbul etdiyi Trans-Atlantik qul ticarətini bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edib.

Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyasının qəbul etdiyi Trans-Atlantik qul ticarətini bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edib.

Gundem.today xəbər verir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən BTQ qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz illərdir davam edən müstəmləkəçi ayrı-seçkiliyin və tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir.

Məlumata görə, Trans-Atlantik qul ticarəti müstəmləkəçilik sisteminin ən amansız ifadəsi olmaqla milyonlarla insanı zorla kölə halına salıb, eyni zamanda bu xalqları iqtisadi, mədəni və sosial inkişafdan məhrum edib. Həmin ağır mirasın nəticələri bu gün də davam etməkdədir.

BTQ reparasiya məsələsini maliyyə kompensasiyası olmaqla yanaşı, daha geniş ədalət anlayışının ayrılmaz hissəsi kimi dəyərləndirir, rəsmi üzrxahlıq, müstəmləkə dövründə talan edilmiş mədəni irs nümunələrinin geri qaytarılması, təhsil və ianə fondlarının yaradılması və bu cür cinayətlərin bir daha təkrarlanmamasına zəmanət verən beynəlxalq mexanizmlərin formalaşdırılması məsələsini dəfələrlə qaldırıb:

"Təşkilatımız Afrika mənşəli xalqların üzləşdiyi ədalətsizlikləri beynəlxalq platformalarda ardıcıl olaraq gündəmə gətirib və bu xüsusda 2024-cü ilin dekabrında və 2025-ci ilin aprelində BMT-nin Baş Qərargahında "Afrikaəsilli xalqların hüquqları üzrə işçi qrupunun 35-ci sessiyası"nda və "Afrikaəsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası"nda fəal iştirak edib. BTQ həmin sessiyalarda neokolonializmin aradan qaldırılması və müstəmləkəçiliyə məruz qalmış ərazilərdə afrikaəsilli xalqların hüquqlarının müdafiəsi məsələlərini bir daha gündəmə gətirib.

Həmçinin, müstəmləkə altında hələ də yaşayan Afrika mənşəli xalqlarla bağlı çoxsaylı hesabatlar dərc edilib, görülən işlər barədə hesabat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilib. BMT Baş Katibinin hesabatında Bakı Təşəbbüs Qrupuna istinad edilməsi isə təşkilatın beynəlxalq etimada malik tərəfdaş kimi tanındığını və müstəmləkəçiliyə məruz qalan xalqların səsini dünyaya çatdırmaqda mühüm platforma rolunu oynadığını təsdiq edir".

Bakı Təşəbbüs Qrupu BMT-yə üzv dövlətlərdən bu qətnamədən irəli gələn müddəaları praktiki addımlarla həyata keçirməyə, reparasiya üzrə dialoqu dərinləşdirməyə və tarixi ədalətin bərqərar edilməsi istiqamətində konkret öhdəliklər götürməyə çağırır.

UN General Assembly has voted to recognise the enslavement of Africans during the transatlantic slave trade as “the gravest crime against humanity”. The resolution, backed by the African Union and the Caribbean Community, acknowledges that the legacy of slavery continues to… pic.twitter.com/UBXsZCdJnS

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcəkSiyasət

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcək

30 aprel - 1 may tarixlərində paytaxtımızda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı beynəlxalq Gənclər Forumu keçiriləcək.

Bu gün
11:420
Şahin Mustafayev Ermənistanda səfərdədirSiyasət

Şahin Mustafayev Ermənistanda səfərdədir

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.

Bu gün
11:050
Şahin Mustafayev Ermənistanda səfərdədir - FOTOSiyasət

Şahin Mustafayev Ermənistanda səfərdədir - FOTO

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

Bu gün
11:050
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - FOTOSiyasət

Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəki səfəri ilə bağlı paylaşım edib.

Bu gün
10:240