Son dəqiqə
Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR - FOTO"Yuventus" və "Arsenal"ın keçmiş futbolçusu qəzada həlak olduTramp: "İsrail və Livan atəşkəs barədə razılığa gəliblər"Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaqTramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildirib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Hadisə

Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu

Bu gün
19:12
0 baxış
Paylaş:

Paytaxtın Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Paytaxtın Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

V.Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın yaşadığı binanın qarajında odlu silahdan açılan atəş nəticəsində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun arvadı Fərqanə Kərimovanı ov silahı ilə güllələdiyi müəyyən edilib.

Kərimova xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalarla məlum olub ki, Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. V.Kərimov avtomobilində arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın avtomobildən düşüb qaçarkən V.Kərimov maşında olan ov tüfəngi ilə ona atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət iş başlanılıb, V.Kərimov saxlanılıb.

Xatırladaq ki, V.Kərimov Bakıda fəaliyyət göstərən "Referens" klinikasının Mərdəkan filialının direktoru olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Klinika_rəhbəri#Güllələnmə_hadisəsi

Oxşar Xəbərlər

Binə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldıHadisə

Binə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldı

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
19:560
Binə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldı - VİDEOHadisə

Binə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldı - VİDEO

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
19:560
TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEOHadisə

TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

Bu gün
19:220
TƏCİLİ: Azərbaycanda şagirdləri daşıyan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEOHadisə

TƏCİLİ: Azərbaycanda şagirdləri daşıyan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Sabirabadda içərisində yeddi şagird olan mikroavtobus aşıb.

Bu gün
19:220