Son dəqiqə
"Üzə bilmirdi, kömək istədi": Araz çayında batan şagirdlə bağlı TƏFƏRRÜAT - VİDEO"Vest Hem"in sabiq sədrinə qarşı zorlama ittihamlarıSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaqAnkara masada hansı rolu oynayacaq? - VİDEONeymarın sağlamlıq durumu ilə bağlı açıqlama verildiYaxın Şərqdə raket zərbələri gərginliyi artırdı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
Cəmiyyət

Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu

12:24
0 baxış
Paylaş:

Bakıda dəm qazından zəhərlənən 21 yaşlı oğlan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bakıda dəm qazından zəhərlənən 21 yaşlı oğlan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Gundem.today-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Məlumatda bildirilir ki, iyunun 7-də saat 16:40 radələrində Nəsimi rayonu, 20 yanvar ərazisində dəm qazından zəhərlənmə səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

"Hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, hadisə yerində iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Samir Əli

Bakıda bir ailənin 3 üzvü mənzildə dəm qazından zəhərlənib.

Gundem.today-ın məlumatına görə, hadisə iyunun 7-də paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib. 1974-cü il təvəllüdlü Əbülfəz Əbiyev və oğlanları - 2005-ci il təvəllüdlü Nurlan Əbiyev və 2013-cü il təvəllüdlü Kamran Əbiyev dəm qazından zəhərləniblər. Hadisə nəticəsində Ə.Əbiyev və oğlu Kamran ölüblər, Nurlan Əbiyev isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Bakı şəhərinin Nəsimi rayonu, 9-cu mikrorayon ərazisində faciəli hadisə baş verib.

Gundem.today "Qafqazinfo"ya istinadla bildirir ki, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyitləri tapılıb.

İlkin məlumata görə, ata və oğlu mənzilə qaz sızması nəticəsində boğularaq ölüblər.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Binəqədi_rayonu#qaz_sızması#dəm_qazından_ölüm#ata_və_oğul#faciəli_hadisə#Bakıda_bədbəxt_hadisə#9-cu_mikrorayon#Kamran_Abıyev#Əbülfəz_Abıyev#prokurorluq_araşdırması.

Oxşar Xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

22:000
Valideyn icazəsi olmadan hesab açmaq mümkün olmayacaq? - VİDEOCəmiyyət

Valideyn icazəsi olmadan hesab açmaq mümkün olmayacaq? - VİDEO

Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni qaydalar gündəmə gəlib.

00:120
Bakının iki rayonunda işıq kəsiləcəkCəmiyyət

Bakının iki rayonunda işıq kəsiləcək

Paytaxtın bəzi ərazilərində elektrik təchizatında fasilələr yaranacaq.

23:480
Nərimanov rayonunun icra başçısına yeni müavin təyin edildiCəmiyyət

Nərimanov rayonunun icra başçısına yeni müavin təyin edildi

Rüfət Əhmədzadə Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavin təyin olunub.

23:240