
Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTO
Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.
Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 Yanvar küçəsi, 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı oğlu Kamran Abıyevlə birgə meyiti tapılan Əbülfəz Abıyev müəllim imiş.
O, Avropa Azərbaycan Məktəbinin müəllimi vəzifəsində çalışırmış.
Bakıda dəm qazından zəhərlənən 21 yaşlı oğlan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Bu barədə Gundem.today-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Məlumatda bildirilir ki, iyunun 7-də saat 16:40 radələrində Nəsimi rayonu, 20 yanvar ərazisində dəm qazından zəhərlənmə səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
"Hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.
Qeyd edək ki, hadisə yerində iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Samir Əli
Bakıda bir ailənin 3 üzvü mənzildə dəm qazından zəhərlənib.
Gundem.today-ın məlumatına görə, hadisə iyunun 7-də paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib. 1974-cü il təvəllüdlü Əbülfəz Əbiyev və oğlanları - 2005-ci il təvəllüdlü Nurlan Əbiyev və 2013-cü il təvəllüdlü Kamran Əbiyev dəm qazından zəhərləniblər. Hadisə nəticəsində Ə.Əbiyev və oğlu Kamran ölüblər, Nurlan Əbiyev isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Bakı şəhərinin Nəsimi rayonu, 9-cu mikrorayon ərazisində faciəli hadisə baş verib.
Gundem.today "Qafqazinfo"ya istinadla bildirir ki, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyitləri tapılıb.
İlkin məlumata görə, ata və oğlu mənzilə qaz sızması nəticəsində boğularaq ölüblər.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?
"Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönələn qanunvericilik təşəbbüsü müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilən mühüm və strateji addımdır. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına müəyyən məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların fiziki, psixoloji və
CəmiyyətMedia eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"
"Yeniyetməlik dövründə insanın şəxsiyyəti, özünəinamı, dəyər sistemi, sosial münasibətləri və emosional durumu formalaşır. Bu yaşlarda sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə yeniyetmələr arasında depressiya, təşviş pozuntuları və özünəqəsd düşüncələrinin artmasını stimullaşdırır. Həmçinin kiberzorakılıq hallarını artırır".
CəmiyyətAzərbaycanın əsas "hava qapısı": Heydər Əliyev Beynəlxalq Aeroportunun strateji rolu - FOTOREPORTAJ
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın əsas hava qapısı və Cənubi Qafqazın ən böyük aviasiya mərkəzlərindən biridir.
CəmiyyətUşaqlarla bağlı yeni təklif bizə nə verəcək?
Kubra Məhərrəmova yazır...