
Bakıda dəhşətli qəza törədən "Toyota"nın sürücüsü nüfuzlu şəxsin nəvəsi imiş - ÖZƏL
Bakının Zığ-Hava limanı yolunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.
Bakının Zığ-Hava limanı yolunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.
Gundem.today-ın məlumatına görə, toydan çıxan Bakı şəhər sakinləri - 1984-cü il təvəllüdlü Samir Məmmədov, 1986-cı il təvəllüdlü Elvin Əsgərov və 1965-ci il təvəllüdlü Azad Əhmədov Əhmədli qəsəbəsində olarkən, Azad Əhmədovun tanışı ona zəng vurub.
Yük avtomobili idarə edən həmin şəxs Azad Əhədovdan kömək istəyib. Bildirib ki, avtomobilinin yanacağı bitib, ona yanacaq alıb gətirmək lazımdır. Azad, Samir və Elvin taksi ilə həmin əraziyə gəliblər. Onlar hadisə yerində düşüb taksi sürücüsündən xahiş ediblər ki, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən avtomobil üçün yanacaq alsın. Taksi sürücüsü də onları düşürdükdən sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Bu vaxt 2002-ci il təvəllüdlü Elmir Qubadov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan həmin üç nəfəri vurub, daha sonra isə yük avtomobilinə çırpılıb. Bundan sonra avtomobil yanıb.
Məlumata görə, E.Qubadov hadisə zamanı sərxoş olub. O, tanışı olan qadınla restoranda yeyib-içəndən sonra sərxoş vəziyyətdə avtomobili idarə etməyə başlayıb və nəticədə ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan qadın da müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumatda o da qeyd edilir ki, hadisəni törədən E.Qubadov imkanlı şəxsdir və onun babası Bakıda nüfuzlu şəxslərdən biridir.
Xatırladaq ki, aprelin 13-də gecə saat 2 radələrində Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, Zığ-Hava limanı yolunda 2002-ci il təvəllüdlü Elmir Qubadov "Toyota Corolla" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan üç nəfəri vurub və yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində "Toyota" markalı avtomobil yanıb. Qəza zamanı 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəMasazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
HadisəXaricdə işləmək istəyən şəxsin başına iş gəldi: Yeddi aydır pulunu geri ala bilmir - VİDEO
"Saatına 10-11 dollar təklif edilir. İddiaya görə, hətta qalmaq üçün yer, eyni zamanda, qidalanma da qarşılanır".
HadisəQubanın daha bir kəndində torpaq sürüşməsi qeydə alınıb - FOTO
Son günlər aramsız yağan güclü yağışlardan sonra Quba rayonunun Ördüc kəndində torpaq sürüşmələri qeydə alınıb.
HadisəNeft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - VİDEO
Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batıb.