Son dəqiqə
Makronun planı suya düşdü: Ermənistandan Türkiyəyə getmək istəyi Bakıdan keçmədiPakistan sülh masasına ev sahibliyi edir: ABŞ və İran arasında həlledici görüşMingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEOMəhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildiAzərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışıKİV: İranın ABŞ-yə vurduğu ziyan açıqlandığından qat-qat çoxdur - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI
Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI
Kriminal

Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI

Bu gün
19:12
0 baxış
Paylaş:

Bakı Ağır Cinayətlər Məhkəməsində fəhlə yoldaşını qətlə yetirərək meyiti hissələrə ayıran və dərəyə atan Fazil Feyzullayev və ona kömək etməkdə təqsirləndirilən Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində fəhlə yoldaşını qətlə yetirərək meyiti hissələrə ayıran və dərəyə atan Fazil Feyzullayev və ona kömək etməkdə təqsirləndirilən Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gundem.today-ın məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Babək Güləliyev şahid qismində ifadə verib.

"Hadisədən dörd ay sonra mənə zəng etdilər. Həmin vaxt sürücü yolda sürət həddini aşdığı üçün mən ona sayrışan işıqlarla işarə verdim. Avtomobili saxlayandan sonra ona yaxınlaşaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu bildirdim. O isə cavabında maşında zibil olduğunu və onu atmağa tələsdiyini deyərək üzrxahlıq etdi".

* Toyu üçün yığdığı pulu aldılar, öldürüb hissələrə parçaladılar - Dəhşətli qətlin TƏFƏRRÜATI

* İsgəndəri öldürüb bədənini hissələrə ayırıblar - Bakıda qətl törədib meyiti Ağsuda gizlədənlər HAKİM QARŞISINDA

* "Qardaşının bir ayağını neyləyirəm?" - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, gecə saat 4 radələrində 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayə yaşadığı evdə fəhlə yoldaşı, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Daha sonra o, meyiti avtomobillə Ağsu dolaylarına gətirərək hissələrə ayırıb. Meyitin hissələrindən ikisini dolaylardakı dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb, Fazil Feyzullayev və ona kömək edən Ülvi Abbasov saxlanılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), F.Feyzullayevə qarşı eyni zamanda 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Bakı#Tərtər#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Cinayət_Məcəlləsi#Hədə-qorxu_ilə_tələb_etmə#Qətl_hadisəsi

Oxşar Xəbərlər

Məhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildiKriminal

Məhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildi

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
20:020
Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldıKriminal

Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı

Abşeron rayonu, Novxanı qəsəbəsində 22 yaşlı gənc qətlə yetirilib.

Bu gün
18:320
Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıbKriminal

Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib

Bu gün
17:260
Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunubKriminal

Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bu gün
16:240