
Bakıda güclü külək ağacı maşının üzərinə AŞIRDI - FOTO - VİDEO
Bakıda yağışlı və küləkli hava fəsadlara səbəb olub.
Bakıda yağışlı və küləkli hava fəsadlara səbəb olub.
Gundem.today xəbər verir ki, Nizami rayonunda ağac nəqliyyat vasitəsinin üstünə aşıb.
Hadisə Bəkir Çobanzadə 63, küçəsində qeydə alınıb.
Güclü külək nəticəsində ağac VAZ-2107 markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Gundem.today-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, hadisə ilə əlaqədar qurumun operativ qrupu hadisə yerinə cəlb olunub.
"Yıxılmış ağac ərazidən götürülüb", - deyə məlumatda qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Hadisəİşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb.
HadisəMingəçevirdə 33 yaşlı qadın ikinci mərtəbədən yıxıldı
Mingəçevir şəhərində 1993-cü il təvəllüdlü qadın ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisənin təfərrüatları araşdırılır.
HadisəBakıda iki nəfər FACİƏLİ ŞƏKİLDƏ ölüb
Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
HadisəXaçmazda 37 yaşlı kişi kanalda boğulub
Xaçmazda 37 yaşlı kişi kanalda boğulub.