
Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruxbaş, kələz ilanı da artıq aktivləşməyə başlayıb".
"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruxbaş, kələz ilanı da artıq aktivləşməyə başlayıb".
Gundem.today xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında serpantoloq Anar Cəfərov deyib.
O, daha sonra əlavə edib:
"1-2 halı çıxmaq şərti ilə hələ ki əhali tərəfindən kütləvi müraciət yoxdur. Əsasən də Mərdəkan və Buzovna zonasında, bağlar massivində, həyət evlərindən dam ilanları ilə bağlı çağırışlar gəlib. Bəzi yerlərdə su ilanına da rast gəlinib. Yəqin ki, havalar sərin davam etsə, ilanların tam aktiv çölə çıxmaları bir az da uzana bilər. Amma havalar qızsa, onların artması kəskin halda müşahidə olunacaq".
Anar Cəfərov bildirib ki, ilanlar adətən dənizə yaxın olan ərazilərdə çox olur:
"Adətən bizə ilanlarla bağlı məlumatlar Bakıətrafı həyət evlərindən daxil olur. Şəhərin mərkəzindən elə də çox müraciət edən olmayıb. Əsasən Bakı bağlarıdır, Bilgəh, Qala, Mərdəkan, Türkan, Şüvəlan, Qaradağdan müraciətlər çoxdur. Bundan başqa Əhmədli, Həzi Aslanov, Hövsan tərəfdən də insanlar bizə müraciət edirlər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında mayın 4-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
CəmiyyətSöküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi - FOTO
Bakının siması yeniləndikcə, sovet dövründən miras qalan və istismar müddətini başa vurmuş "xruşşovka"ların taleyi daşınmaz əmlak bazarının ən çox müzakirə olunan mövzusuna çevrilir. Şəhərin yeni Baş Planına əsasən, qarşıdakı illərdə bu qəzalı binaların mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Lakin bəzi işbazlar və investorlar gələcək söküntü zamanı tikinti şirkətlərindən daha böyük kompensasiya, əlavə yaşayış sahəsi, təmir və kirayə pulu qoparmaq ümidi ilə kütləvi şəkildə bu cür köhnə mənz
Cəmiyyətİstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO
Bazarda piştaxtaları bəzəyən meyvələri satıcılar alıcılara təriflə təqdim edirlər. Amma meyvəni alıb yeyəndə bəlli olur ki, onların heç də hamısı dadlı deyil. Mövsümündən əvvəl bazara çıxarılan bu meyvələrin qiyməti isə başqa bir problemdir.
CəmiyyətHəftənin ilk iş günü Bakıda 19 dərəcə isti olacaq - PROQNOZ
Mayın 4-də gözlənilən hava şəraiti açıqlanıb.