
Bakıda internat məktəbinin yataqxanasında YANĞIN OLDU - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5 kvadratmetr sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5 kv.m sahədə deformasiya edib.
Yataqxana binası yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSumqayıt Şəhər İcra Hakimiyyəti 1 milyon manatlıq gül alır
Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin park və xiyabanlarında yaşıllıqların salınması məqsədilə ağac, bitki və güllərin alınması üçün tender elan edib.
CəmiyyətYasamalda yolda ağır qəzaya düşənlərin VƏZİYYƏTİ AÇIQLANDI
Ötən gün paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
CəmiyyətRəşad Abbasova Xankəndidə vəzifə verildi
Fövqəladə Hallar Nazirliyinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinə rəis əvəzi olunub.
CəmiyyətHəftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Həftəsonu 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.