Son dəqiqə
Mirzoyan: "Tramp marşrutunu idarə etmək üçün üçüncü ölkələrin köməyinə ehtiyac olacaq"Dayısını qətlə yetirməkdə təqsirləndirilən şəxsdən xəbər varMəktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılırİlham Əliyev bir sıra şəxslərə medal verdi - SİYAHISelin apardığı Məşrif körpüsünə alternativ yolun tikintisinə BAŞLANILDI - FOTOTürkiyədə məşhurlara qarşı əməliyyat: İstanbul baş prokuroru açıqlama verdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda kişi oğurluğa girdiyi evdə ələ keçdi
Bakıda kişi oğurluğa girdiyi evdə ələ keçdi
Cəmiyyət

Bakıda kişi oğurluğa girdiyi evdə ələ keçdi

Bu gün
13:28
0 baxış
Paylaş:

Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.

Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.

Gundem.today-ın əldə etdiyi məlumata görə, xüsusi texniki vasitələrlə qorunan həmin evdən aprelin 6-sı saat 03:13-də Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Əraziyə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları evə baxış keçirən zaman şübhəli şəxs mənzilin 1-ci mərtəbəsinin pəncərəsindən həyətə tullanaraq qaçmağa cəhd göstərib.

Əlində kəsici-deşici alət olmasına baxmayaraq, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırma zamanı oğurluğa cəhd edən şəxsin əvvəllər də talama cinayətləri etdiyinə görə dəfələrlə məhkum olunan 43 yaşlı Zakir Ordiyev olduğu müəyyən edilib.

Mənzilə baxış keçirilən zaman evə heç bir maddi ziyanın dəymədiyi müəyyən edilib. Hadisə yerindən isə cinayət törədən zaman evin pəncərəsini açmaq üçün istifadə etdiyi Z.Ordıyeva məxsus 1 ədəd vintaçan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Ərazi üzrə müvafiq polis şöbəsinə təhvil verilən Z.Ordiyevin müxtəlif vaxtlarda Badamdar qəsəbəsində daha 3 evdən ümumilikdə 23 min manata yaxın nağd pul və qızıl-zinət əşyaları oğurladığı da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Səbail_rayonu#Badamdar_qəsəbəsi#Oğurluq_hadisəsi

Oxşar Xəbərlər

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılırCəmiyyət

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.

Bu gün
15:360
Selin apardığı Məşrif körpüsünə alternativ yolun tikintisinə BAŞLANILDI - FOTOCəmiyyət

Selin apardığı Məşrif körpüsünə alternativ yolun tikintisinə BAŞLANILDI - FOTO

"Siyəzən-Məşrif avtomobil yolunda müvəqqəti alternativ yolun da tikintisinə start verilib".

Bu gün
15:240
Topdansatış mağazasında alkoqollu içkilərdə uyğunsuzluq aşkarlanıb - FOTOCəmiyyət

Topdansatış mağazasında alkoqollu içkilərdə uyğunsuzluq aşkarlanıb - FOTO

Saxta alkoqollu içkilərin satışı ilə bağlı daxil olan müraciət əsasında Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, sahibkar Bakir Tohid oğlu Babayevə məxsus ərzaq məhsullarının topdansatışı mağazasında yoxlama keçirilib.

Bu gün
15:160
Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilərCəmiyyət

Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər

Tovuz rayonunda valideynlərinin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.

Bu gün
14:480