
Dayısını qətlə yetirməkdə təqsirləndirilən şəxsdən xəbər var
Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Gundem.today xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin saxlanılmasında iştirak edən əməliyyatçı şahid qismində ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxsi saxlayanda üzərində narkotik vasitə aşkarlayıblar.
Daha sonra sənədlərin tədqiqinə başlanılıb.
Prosesdə istintaqın yekunlaşdırılması elan edildikdən sonra çıxış üçün prokurora söz verilsə də, o, buna görə məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib.
Belə ki, 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun üzərinə baxış zamanı narkotik vasitə aşkar edilib.
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR
Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib.
KriminalTaleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəməsi başlayıb.
KriminalVüsal Şilderin qətlini sifariş edən şəxs Azərbaycana GƏTİRİLDİ - FOTO
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Azərbaycana ekstradisiyası həyata keçirilib.
Kriminal"Oğlum uşaqları gətirdi ki, Aysel xəstədir" - Arvadını boğaraq öldürən şəxsin atası məhkəmədə danışıb
Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.