
Bakıda qardaşını körpəsinin gözü önündə öldürən şəxsə HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Gundem.today-ın məlumatına görə, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror çıxışında A.Nurinin 18 il 3 ay müddətinə azadlıqdan məhrum edilməli olduğunu bildirib.
Daha sonra məhkəmənin hökmü oxunub. Qərara əsasən, Amin Nuri 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
* Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nuri: "Narkotik istifadə etdiyi üçün öldürmüşəm"
Xatırladaq ki, hadisə 2025-ci il iyulun 3-də səhər saatlarında Binəqədi rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Mərhumun qardaşı, 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək cinayəti etiraf edib və könüllü təslim olub.
Onu da qeyd edək ki, qanlı hadisə qardaşlar arasında yaranan mülk mübahisəsi zəminində baş verib. Dəhşətli qətl Aslan Nurinin azyaşlı körpəsinin gözü qarşısında törədilib. Təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və zabit olub.
Amin Nurinin barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalFidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi
Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb.
Kriminal445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Zinyət Məmmədrəsul qızı Səfərovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.
KriminalKamran Əsədovun növbəti məhkəmə iclası keçirildi: 110 min dollar kimə verilib?
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
KriminalAvtomobillə piyadanı vuraraq öldürən şəxs mərhumun ailəsinə 31 min manat ödəyəcək
Ötən il iyulun 31-nə keçən gecə Xətai rayonunda piyadanın ölümünə səbəb olan avtoqəza ilə bağlı məhkəmə prosesi başa çatıb.