
Bakıda taksi sürücüsünə qanuni dayanacaqda CƏRİMƏ YAZILIB - VİDEO
Bakı şəhərində taksi dayanacağında avtomobili saxladığı üçün cərimə olunan sürücü narazılığını bildirib.
Bakı şəhərində taksi dayanacağında avtomobili saxladığı üçün cərimə olunan sürücü narazılığını bildirib.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Sürücünün sözlərinə görə, üzərində taksi nişanı olan avtomobili ilə taksi dayanacağında dayandığı halda ona cərimə tətbiq olunub. Hadisənin R.Zorge küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş verdiyi qeyd olunur.
"Gəlib burada mənə cərimə yazıblar. Halbuki ərazidə taksi nişanı var və digər avtomobillər də dayanıb", - deyə sürücü bildirib.
O, həmçinin taksi dayanacağında digər avtomobillərin də park etməsindən narazı olduğunu vurğulayıb.
Gundem.today-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, məsələ araşdırılıb.
"Parklanma ilə bağlı yaranan suallar, eləcə də qanunsuz cərimə iddiası ilə əlaqədar vətəndaşlar AYNA-nın "141" Çağrı Mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət edə bilərlər. Vətəndaşların hər hansı bir fakt üzrə müraciəti araşdırılaraq bilavasitə onların özlərinə təqdim olunur.
Sözügedən görüntü ilə də əlaqədar vətəndaşla əlaqə saxlanılıb və rəsmi müraciəti qeydə alınıb. Məsələ araşdırılandan sonra nəticəsi rəsmi qaydada vətəndaşa təqdim ediləcək", - deyə T.Orucov vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSamir Oruc vəzifəsindən AYRILDI
Respublika Diaqnostika Mərkəzinin PR və marketinq şöbəsinin rəhbəri Samir Oruc vəzifəsindən ayrılıb.
CəmiyyətDaşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - VİDEO
Son günlər intensiv yağıntıların qeydə alınması daşınmaz əmlakın sığortalanmasının əhəmiyyətini bir daha gündəmə gətirib. Lakin rəsmi göstəricilər bu sahədə sığortalananların sayının azaldığını ortaya qoyur.
CəmiyyətBulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR - FOTO
Aprelin 12-də Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb. Daha sonra araşdırma aparılıb və əkilmiş gülləri əzənlər polisə çağırılıblar. Həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunub və onlar barəsində məsuliyyət tədbirləri görülüb.
Cəmiyyət"Ömrümdə belə hadisə görməmişdim" - Qubada qarın hündürlüyü üç metri keçib - VİDEO
Son günlər Quba rayonunun ucqar yaşayış məntəqələrində qarlı hava şəraiti müşahidə olunur.