
Bakıda təhlükə saçan yol: Sürücülər üsyan edirlər - VİDEO
Bu yolda ya qəza qaçılmazdır, ya da avtomobillərin şassisi sıradan çıxır.
Bu yolda ya qəza qaçılmazdır, ya da avtomobillərin şassisi sıradan çıxır.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Zığ-Şüvəlan yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsindən gedir. Baxmayaraq ki, burada sürət həddi saatda 60 kilometrdir, yolun bərbad vəziyyəti sürücüləri ani manevrlərə məcbur edir. Bu isə hər an qəzaya zəmin yaradır.
Ərazidə yaşayan sakinlər və sürücülər bildirirlər ki, bir neçə həftə əvvəl yolda təmir işlərinə başlanılıb. Buna səbəb yolun hər iki tərəfində asfalt örtüyünün tamamilə sıradan çıxması olub. Lakin təmir işləri yarımçıq qalıb.
Sakinlərin sözlərinə görə, burada qəza halları bir dəfə yox, demək olar ki, hər gün baş verir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, işlərin gecikməsinə səbəb hava şəraitidir.
İndi sürücülərin yeganə ümidi vədlərin sözdə qalmaması və sabahdan etibarən yolun həqiqətən normal vəziyyətə gətirilməsidir. Əks halda, bu yolda qəza xəbərlərinin davamlı olacağı bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Məmmədli sakinləri boğaza yığılıblar - VİDEO
Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.
CəmiyyətVinnitsa dəhşətindən sonra ikinci doğum günüm
Biz ora çatanda hava zərbələri dayansa da, ərazi hələ də tüstü içində idi.