
Bakıda yağış yağacaq, külək güclənəcək - PROQNOZ
Azərbaycanda aprelin 6-də gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycanda aprelin 6-də gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAntalyada 8-ci Etnoidman Forumu baş tutub - FOTO
Ənənəvi idman növlərinin və mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi məqsədilə bu il səkkizinci dəfə təşkil olunan Etnoidman Forumu Antalyada qapılarını açıb.
CəmiyyətQuba və Qusar rayonlarında bəzi çaylardan sel keçir - VİDEO
Aprelin 5-də bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba və Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətSabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb.