
Antalyada 8-ci Etnoidman Forumu baş tutub - FOTO
Ənənəvi idman növlərinin və mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi məqsədilə bu il səkkizinci dəfə təşkil olunan Etnoidman Forumu Antalyada qapılarını açıb.
Ənənəvi idman növlərinin və mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi məqsədilə bu il səkkizinci dəfə təşkil olunan Etnoidman Forumu Antalyada qapılarını açıb.
Gundem.today xəbər verir ki, beynəlxalq idman ictimaiyyətini, dövlət nümayəndələrini və mədəni irs elçilərini bir araya gətirən forumun ilk günü Dünya Etnoidman Birliyi (WEU) İdarə Heyətinin üzvü Mustafa Eröğütün "Çoxnövlü idman tədbirlərinin qlobal təsiri - "Ethnosports 2027" çərçivəsi" mövzusunda təqdimatı ilə başlayıb.
Ardınca keçirilən açılış çıxışları və Yüksək Səviyyəli Nazirlər Panelində ənənəvi idman növlərinin təşkilatlanması və dünyada baş verən humanitar böhranlar fonunda güclü "sülh" mesajları əsas xətt kimi ön plana çıxıb.
Dünya Etnoidman Birliyinin prezidenti Bilal Ərdoğan: "Ortaq dilimiz sülh olmalıdır"
Necmeddin Bilal Erdoğan Dünya Etnoidman Birliyinin prezidenti kimi çıxışında forumun illər ərzində ideya platformasından qlobal məsləhətləşmə və idarəetmə məkanına çevrildiyini vurğulayıb. O, artıq söz mərhələsindən əməli addımlar mərhələsinə keçməyin vaxtının çatdığını bildirib və ənənəvi idman növlərinin beynəlxalq standartlara yüksələcəyi "Ethnosports 2027" vizyonunu elan edib.
Bilal Ərdoğan regional və qlobal böhranlara da toxunaraq, idmanın və mədəni dəyərlərin birləşdirici gücünə diqqət çəkib. O, uşaqların oyun əvəzinə müharibə, qorxu və aclıqla üzləşdiyi bir dünyanın qəbulolunmaz olduğunu, gələcəyə dair hədəflərin münaqişə deyil, dialoq fonunda qurulmalı olduğunu bildirib.
"Bu gündən etibarən ortaq dilimiz sülh olmalıdır", - deyə o qeyd edib.
Osman Aşkın Bak: "Etnoidman gənclərimizi qoruyan strateji qalxandır"
Türkiyənin gənclik ve idman naziri Osman Aşkın Bak ölkənin bölgədə və dünyada davamlı atəşkəs və sülhün təmin olunması üçün təşəbbüslərini davam etdirdiyini bildirib.
Nazir etnoidmanı idman, təhsil və gənclər siyasətinin kəsişdiyi strateji sahə kimi qiymətləndirib. O vurğulayıb ki, asılılıq, təcrid və kimlik axtarışı kimi müasir risklərə qarşı ən güclü vasitə gəncləri köklü dəyərlərlə birləşdirməkdir. Nazir, həmçinin gənclər düşərgələri vasitəsilə bu irsin onminlərlə gəncə çatdırıldığını, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan oyunların sayının artırıldığını və WEU ilə birlikdə "Ənənəvi idman növləri və oyunlar ensiklopediyası" layihəsinin həyata keçirildiyini qeyd edib.
Beynəlxalq həmrəylik və ortaq kimlik mesajları
Açılış proqramında çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, ənənələri qorumaq gələcəyi qurmaq deməkdir və fərqli mədəniyyətlər ortaq dəyərlər ətrafında birləşərək davamlı dostluqlar yaradır.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev isə ənənəvi idman növlərinin təkcə fiziki fəaliyyət deyil, ortaq dil və mədəniyyətlərlə bağlı xalqların kimliyinin canlı ifadəsi olduğunu vurğulayıb.
Nazirlər Panelində əsas mövzu: "Ethnosports 2027"
Yüksək Səviyyəli Nazirlər Panelində əsas müzakirə mövzusu "Ethnosports 2027" vizyonu olub/
Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabossinov ənənəvi idman növlərinin Olimpiya Oyunları ilə eyni səviyyədə dəyərləndirildiyini bildirib.
Qırğızıstanın Dövlət Bədən Tərbiyəsi və İdman Qurumunun rəhbəri Urmat Asanbaev bu platformanın 2027-ci ildə beynəlxalq əməkdaşlıq və mədəni mübadilə üçün mühüm zəmin yaratdığını deyib.
Rusiyanın idman naziri Mixail Deqtyaryov "Ethnosports 2027"nin idmanla yanaşı biznes, mədəniyyət və təhsil sahələrini də birləşdirən çoxşaxəli platforma ola biləcəyini vurğulayıb.
Yəmənin gənclər və idman naziri Nayif Salih Al-Bakri mədəni müxtəlifliyin qorunaraq gələcək nəsillərə ötürülməsində qətiyyətli olduqlarını bildirib.
Panelin yekununda Bilal Ərdoğan bu vizyonun artıq praktik mərhələyə keçdiyini qeyd edərək, iştirakçı ölkələrlə əməkdaşlığın daha da genişləndiriləcəyini və növbəti etnospor tədbirlərinə hazırlıqların başlandığını açıqlayıb.
8-ci Etnoidman Forumu "Ethnosports 2027" hədəfləri istiqamətində keçirilən müzakirələr, məlumat mübadiləsi sessiyaları və ikitərəfli görüşlərlə başa çatıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Cəmiyyətİtaliyanın avtomobillərlə səyahət etməyin qadağan olunduğu bölgəsindən REPORTAJ - FOTO
Çinkve-Terre möhtəşəm gözəlliyi və rahat həyat tempi ilə məşhurdur. İtaliyanın bu milli parkı "Beş torpaq" kimi tanınır və Liquriya sahillərində ən çox ziyarət edilən turistik məkandır. Beş kəndin - Monterosso, Vernatsa, Kornilya, Manarola və Riomaccoreni birləşdirən İtaliya Rivierasının bu hissəsi 1997-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxildir. Yerli sakinlər hesab edirlər ki, bu qərarın müsbət təsiri var. Yerli sakinlərin həyat tərzi dəyişib və mənzərə toxunulmaz qalıb.
CəmiyyətKeşlədə kollektorda qəzaya səbəb olan evin sökülməsinə başlanılıb
Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb.
CəmiyyətBakıda normadan artıq yağan yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı işlər aparılır - VİDEO
Bakının bir sıra ərazilərində normadan artıq yağın yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.