
Bakıda YARIM MİLYONLUQ dələduzluq: Elxan Abbasov vətəndaşları necə aldadıb? - FOTO
Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın sənədləşdirilməsi vədi ilə vətəndaşın 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.
Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın sənədləşdirilməsi vədi ilə vətəndaşın 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.
Gundem.today-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, E.Abbasov eyni üsulla daha 9 zərərçəkənin etibarından sui-istifadə edərək onlara ümumilikdə 500 min manata yaxın maddi ziyan vurub.
Faktlarla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Kriminal7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ
Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
KriminalDələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər SAXLANILDILAR
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləri müəyyən edilib.
Kriminal"PUBG"yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İmran Əsədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KriminalMəşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.