
Bakıda yaşayış evindəki yanğın söndürülüb - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Gundem.today-a FHN-dən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub", - deyə qeyd edilib.
Bakıda yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub.
Gundem.today-ın əldə etdiyi məlumata görə, Yasamal rayonu, Vidadi küçəsində yaşayan 1941-ci il təvəllüdlü Esmiralda Mikayıl qızı Əliyevaya məxsus evdə baş verən yanğına səbəb şam olub.
Belə ki, ev sahibi mənzilində şam yandırıb və həmin şamı yana-yana çarpayının altına qoyub yatıb.
Şamın alovundan mənzildəki yataq dəsti alışıb və alov evi bürüyüb. Hadisə nəticəsində iki otaqlı taxta konstruksiyalı mənzil tamamilə yanıb. Qonşuların köməyi ilə ev sahibi xilas edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Samir Əli
Bakının Yasamal rayonunda yanğın başlayıb.
Gundem.today xəbər verir ki, hadisə Vidadi küçəsində fərdi yaşayış evində qeydə alınıb.
A post shared by Gundem.today (@oxuaz)
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldü
Bakıda 3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb.
HadisəBakı Kənar Dairəvi yolunda avtomobil YANDI, sıxlıq yarandı - VİDEO
Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib, ərazidə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olub.
HadisəLənkəranda TORPAQ SÜRÜŞMƏSİ oldu - FOTO
Lənkəranda torpaq qatı sürüşərək Ulum çayına tökülüb.
HadisəMehdiabadda AĞIR QƏZA: Sürücünün xilas edilməsinin ANBAAN VİDEOSU
Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verib və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalıb.