
Lənkəranda TORPAQ SÜRÜŞMƏSİ oldu - FOTO
Lənkəranda torpaq qatı sürüşərək Ulum çayına tökülüb.
Lənkəranda torpaq qatı sürüşərək Ulum çayına tökülüb.
Gundem.today APA-ya istinadən xəbər verir ki, torpaq sürüşməsi rayonun Separadi kəndi ərazisində qeydə alınıb.
Təqribən 200 metr uzunluqda, 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çayına tökülüb. Kənd sakinlərinin verdiyi məlumata görə, sürüşmə uzun müddətdir davam edir. Bildirilib ki, son yağışlardan sonra sürüşmə daha da aktivləşib.
Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev bildirib ki, müraciət əsasında Separadi kəndi ərazisində selin fəsadlar törətdiyi yerə baxış keçirilib:
"Məlum oldu ki, sürüşmə halı təqribən 200 metr uzunluqda qeydə alınıb. Bununla əlaqədar idarənin texnikalarının köməyi ilə yerli materialdan, müvəqqəti də olsa, xəta böyüməsin deyə torpaqdan bənd vurma işləri aparılacaq. Daha sonra aidiyyəti qurumlara müraciət ediləcək".
Qeyd edək ki, Ulum çayının sağ və sol hissəsinə 500 metrə kimi bənd vurulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğdamda gənc FACİƏLİ şəkildə öldü
Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib.
HadisəXırdalanda doqquz yaşlı uşağı maşın vurdu
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
HadisəGöyçayda 36 yaşlı şəxs bıçaqlanıb, şübhəli saxlanılıb
Göyçay şəhərində bıçaqlanma hadisəsi baş verib.
HadisəBakıda evlərdən silsilə oğurluq edən şəxs ƏLƏ KEÇDİ: Taladığı əşyaların bir hissəsini satıb
Bakının Xəzər rayonunda 20 min manatlıq oğurluq olub.