
Dünyada iş yerləri ilə bağlı ciddi çatışmazlıq gözlənilir
Dünya yaxın onilliklərdə böyükmiqyaslı iş yerləri çatışmazlığı ilə üzləşə bilər.
Dünya yaxın onilliklərdə böyükmiqyaslı iş yerləri çatışmazlığı ilə üzləşə bilər.
Gundem.today "Reuters" agentliyinə istinadən xəbər verir ki, Dünya Bankının prezidenti Acay Banqa inkişaf etməkdə olan ölkələrdə yaxın 10-15 ildə əmək qabiliyyətli əhalinin sayının 1.2 milyarda çatacağını bildirib.
Mövcud iqtisadi artım tempi saxlanılarsa, sözügedən dövrdə cəmi 400 milyon yeni iş yerinin yaradılması mümkündür. Acay Banqanın sözlərinə görə, bu, təxminən 800 milyon iş yeri çatışmazlığının yaranması deməkdir. Bank rəhbəri vurğulayıb ki, problem vaxtında həll edilməzsə, qeyri-qanuni miqrasiyanın artması və sosial qeyri-sabitlik kimi ciddi fəsadlar doğura bilər.
Qeyd edək ki, 2025-ci ildə dünyanın ən böyük iqtisadiyyatları arasında işsizlik səviyyəsinin 3%-dən aşağı olduğu ölkələr sırasında Meksika, Rusiya və Cənubi Koreya yer alıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaVensdən Papaya ismarış: "Mənəvi məsələlərlə Vatikan, siyasətlə Tramp məşğul olmalıdır"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Roma Papası XIV Leo ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranan ziddiyyəti şərh edib.
DünyaABŞ-də güclü zəlzələ baş verib
Amerika Birləşmiş Ştatlarının Nevada ştatında 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.
DünyaKolumbiya hökuməti Eskobarın gətirdiyi begemotların sayını azaltmağı planlaşdırır
Kolumbiya hakimiyyəti 1980-ci illərdə narkobaron Pablo Escobar tərəfindən ölkəyə gətirilmiş begemotların sayının azaldılması üçün tədbirlər görmək niyyətindədir.
DünyaABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?
ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrə və ya İslamabadda baş tuta bilər.