
Balakəndə mağazada tanışını bıçaqlayan şəxs saxlanıldı
Balakəndə bıçaqlanma hadisəsi olub.
Balakəndə bıçaqlanma hadisəsi olub.
Gundem.today-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən mağazaların birində qeydə alınıb.
Belə ki, 30 yaşlı Nicat Qocayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 30 yaşlı Nürəddin Dadayevə kəsici alətlə xəsarət yetirib. N.Dadayev xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəNizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ - ÖZƏL
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə xələl gətirən şəxslərin törətdiyi vandalizm aktının anbaan görüntüləri əldə olunub.
HadisəMingəçevirdə 62 yaşlı qadının evində MEYİTİ TAPILDI
Mingəçevir şəhərində evdə meyit tapılıb.
HadisəBeyləqanda dava: Kişi, arvadı və gəlini küçədə döyüldülər
Beyləqan rayonunda bir ailənin üç üzvü küçədə döyülüb.
HadisəPaytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEO
Ötən gün paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib. Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal təhlükəsizlik tədbirləri görülüb, nəqliyyat vasitələrinin hərəkəti digər istiqamətə yönləndirilib.