Son dəqiqə
"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTOFransada məşhur müğənni saxlanılıb: 13 qadın onu seksual zorakılıqda ittiham edirİran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldıSosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?BƏƏ hava məkanında məhdudiyyətlərin müddətini uzatdıXameneinin harada dəfn olunacağı açıqlandı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. BDU-nun Astrofizika kafedrası: "Meteor yağışı olacaq"
BDU-nun Astrofizika kafedrası: "Meteor yağışı olacaq"
Cəmiyyət

BDU-nun Astrofizika kafedrası: "Meteor yağışı olacaq"

13:16
0 baxış
Paylaş:

22 iyun - 2 iyul tarixlərində Bootid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumunun iyunun 27-də Bakı vaxtı ilə təxminən saat 21:00-da baş verəcəyi gözlənilir.

22 iyun - 2 iyul tarixlərində Bootid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumunun iyunun 27-də Bakı vaxtı ilə təxminən saat 21:00-da baş verəcəyi gözlənilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Gundem.today-a verilən məlumata görə, bu meteor yağışının radiantı Çoban (Bootes) bürcündə yerləşdiyindən belə adlanır.

Bakıdan baxdıqda radiant bütün gecə ərzində üfüqdən yuxarıda olur və müşahidə üçün əlverişli şərait yaradır. Bu meteor yağışının mənbəyi "7P/Pons-Winnecke" kometasıdır. Bu kometa 1819-cu ildə kəşf edilib və Günəş ətrafında təxminən 6.37 ilə bir dövr edir. Kometanın orbiti boyunca qoyduğu toz və kiçik qaya hissəcikləri Yer orbitini kəsdikdə meteor yağışı yaranır.

Meteorlar Yer atmosferinə daxil olarkən təxminən 18 km/san sürətlə hərəkət edirlər. Bu sürət digər məşhur meteor yağışları ilə müqayisədə nisbətən kiçikdir. Buna görə də Bootid meteorları səmada daha yavaş hərəkət edən və uzun iz buraxan meteorlar kimi görünə bilər. İyun Bootidləri çox dəyişkən meteor selidir. Adi illərdə maksimum fəallıq zamanı saatda yalnız 1-5 meteor müşahidə olunur. Lakin tarixdə bəzi qeyri-adi fəallıq partlayışları qeydə alınıb. 1916-cı ildə saatda yüzlərlə meteor, 1998-ci ildə saatda təxminən 50-100, 2004-cü ildə isə saatda 20-50 meteor müşahidə edilib. 2026-cı ildə yağışın zəif və ya orta fəallıq göstərməsi gözlənilir. Bundan əlavə, maksimum dövrə yaxın Ay, demək olar ki, Tam Ay (bədirlənmiş) fazasında olacaq və güclü Ay işığı zəif meteorların görünməsini çətinləşdirəcək.

İyun Bootid meteor yağışı hər il müşahidə olunsa da, gözlənilməz fəallıq partlayışları göstərə bilməsi səbəbindən xüsusi maraqla izlənilən meteor sellərindən biridir. Bu selin tədqiqi kometaların təkamülü və Günəş sisteminin kiçik cisimlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Kometa_(quyruqlu_ulduz)#Meteor_yağışı#Bakı_Dövlət_Universiteti_(BDU)

Oxşar Xəbərlər

Sosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?Cəmiyyət

Sosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?

"Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönələn qanunvericilik təşəbbüsü müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilən mühüm və strateji addımdır. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına müəyyən məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların fiziki, psixoloji və

19:240
Media eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"Cəmiyyət

Media eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"

"Yeniyetməlik dövründə insanın şəxsiyyəti, özünəinamı, dəyər sistemi, sosial münasibətləri və emosional durumu formalaşır. Bu yaşlarda sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə yeniyetmələr arasında depressiya, təşviş pozuntuları və özünəqəsd düşüncələrinin artmasını stimullaşdırır. Həmçinin kiberzorakılıq hallarını artırır".

20:120
Azərbaycanın əsas "hava qapısı": Heydər Əliyev Beynəlxalq Aeroportunun strateji rolu - FOTOREPORTAJCəmiyyət

Azərbaycanın əsas "hava qapısı": Heydər Əliyev Beynəlxalq Aeroportunun strateji rolu - FOTOREPORTAJ

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın əsas hava qapısı və Cənubi Qafqazın ən böyük aviasiya mərkəzlərindən biridir.

19:480
Uşaqlarla bağlı yeni təklif bizə nə verəcək?Cəmiyyət

Uşaqlarla bağlı yeni təklif bizə nə verəcək?

Kubra Məhərrəmova yazır...

18:300