
BDYPİ-dən yeni layihə: Baş verən qəzaların səbəbləri AÇIQLANACAQ - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən yol-nəqliyyat hadisələrinin səbəblərinin izahına yönəlmiş maarifləndirici layihə ictimaiyyətin diqqətini cəlb edib.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən yol-nəqliyyat hadisələrinin səbəblərinin izahına yönəlmiş maarifləndirici layihə ictimaiyyətin diqqətini cəlb edib.
Gundem.today xəbər verir ki, BDYPİ məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində yayımlanan materiallarda baş verən qəzalar konkret nümunələr əsasında təhlil olunur, sürücülərin və digər hərəkət iştirakçılarının yol verdiyi səhvlər izah edilir.
Qurumdan bildirilib ki, layihənin məqsədi qəzaların yaranma səbəblərini aydın şəkildə göstərmək və bu kimi halların təkrarlanmasının qarşısını almaqdır.
Qeyd edək ki, layihənin ilk buraxılışında BDYPİ əməkdaşının haqqında danışdığı qəza hadisəsi bu il martın 11-də axşam saatlarında Sabunçu rayonu, Aeroport şosesində baş verib.
Hadisə "Hyundai" markalı 77-RK-290 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən 1993-cü il təvəllüdlü Taleh Bayram oğlu Musayevi və 2009-cu il təvəllüdlü Mirkamil Mirsaleh oğlu Cəfərovu vurması nəticəsində baş verib. Nəticədə T.Musayev yüngül xəsarət alıb, ona yerində ambulator müayinə göstərilib, M.Cəfərov isə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətZabrat yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT: "Maşınların təkərləri partlayır, diskləri əyilir" - VİDEO
Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki Zabrat yolu, şəhər şosesi, Ramana döngəsindəki yoldan şikayət var.
CəmiyyətNərimanovda ağaclar kütləvi şəkildə məhv edilib - VİDEO
Bakı şəhərinin Nərimanov rayonu, Faiq Yusifov küçəsində ağaclar kütləvi şəkildə məhv edilir.
CəmiyyətAli məktəblərə qəbul olmaq istəyənlərin nəzərinə: Qeydiyyat başlanır
Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilir.
CəmiyyətPeyvənd olunmayan uşaqların valideynlərinin DİQQƏTİNƏ: Əmr imzalandı
Azərbaycanda aprelin 19-25-də "İmmunlaşdırma həftəsi" keçiriləcək.