
BƏƏ-də neft kompleksinə PUA hücumu: Xəsarət alanlar var
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə İran tərəfindən buraxılan pilotsuz uçan aparatın (PUA) zərbəsi nəticəsində üç Hindistan vətəndaşı xəsarət alıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə İran tərəfindən buraxılan pilotsuz uçan aparatın (PUA) zərbəsi nəticəsində üç Hindistan vətəndaşı xəsarət alıb.
Gundem.today xəbər verir ki, bu barədə ölkənin hökumət mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, orta ağır dərəcəli bədən xəsarətləri alan zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Bundan əvvəl əmirlik rəhbərliyi PUA hücumu səbəbindən kompleksin ərazisində güclü yanğının başladığını, mülki müdafiə qüvvələrinin alovun söndürülməsinə cəlb edildiyini bildirib.
Eyni zamanda, BƏƏ sahillərinə yaxın ərazidə bir gəmidə də yanğın qeydə alınıb. Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
"Gəmidə yanğın başlayıb və heyət yaxınlıqdakı su nəqliyyatı vasitələrindən təhlükəsiz məsafə saxlamalarını xahiş edib. Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir. Ekoloji fəsadlar barədə hər hansı məlumat yoxdur", - deyə UKMTO-nun açıqlamasında qeyd olunur. Mərkəz bu hadisəni şübhəli fəaliyyət kimi təsnifatlandırıb.
Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri İran tərəfindən dörd qanadlı raketin buraxıldığını qeydə alıblar.
Gundem.today xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Onlardan üçü ölkənin ərazi suları üzərində uğurla zərərsizləşdirilib, daha biri isə dənizə düşüb", - deyə məlumatda bildirilir.
Nazirlikdən qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hədəflərinin məhv edilməsinin nəticəsi olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaOmanda yaşayış binasına hücum: İki xarici vətəndaş yaralandı
Omanın şimalında yerləşən Musəndam vilayətində yaşayış kompleksinə edilən hücum nəticəsində azı iki nəfər yaralanıb.
DünyaBƏƏ-dən İrana SƏRT REAKSİYA: "Hücumlar dərhal dayandırılsın"
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti İran tərəfindən ölkə ərazisindəki mülki infrastruktura edilən hücumlara sərt reaksiya verib.
DünyaABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında altı İran katerini məhv edib
ABŞ hərbi helikopterləri Hörmüz boğazında altı kiçik İran katerini məhv edib.
DünyaBƏƏ-də həyəcan siqnalı verilir: Dubay və Şarcaya aviareyslərdə ləngimələr var
"Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib.