
BƏƏ-də strateji obyekt hədəf alındı: İran ittihamlara münasibət bildirdi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə İran tərəfindən buraxılan pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində üç Hindistan vətəndaşı xəsarət alıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə İran tərəfindən buraxılan pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində üç Hindistan vətəndaşı xəsarət alıb.
Gundem.today xəbər verir ki, bu barədə BƏƏ hökumətinin mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, orta ağır dərəcəli bədən xəsarətləri alan zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Bundan əvvəl PUA hücumu səbəbindən kompleksin ərazisində güclü yanğının başladığını, mülki müdafiə qüvvələrinin alovun söndürülməsinə cəlb edildiyi bildirilmişdi.
Eyni zamanda, BƏƏ sahillərinə yaxın ərazidə bir gəmidə də yanğın qeydə alınıb. Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
"Gəmidə yanğın başlayıb və heyət yaxınlıqdakı su nəqliyyatı vasitələrindən təhlükəsiz məsafə saxlamalarını xahiş edib. Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir. Ekoloji fəsadlar barədə hər hansı məlumat yoxdur", - deyə UKMTO-nun açıqlamasında qeyd olunur. Mərkəz bu hadisəni şübhəli fəaliyyət kimi təsnifatlandırıb.
İran tərəfi isə bu hadisələrlə bağlı ittihamları qəti şəkildə rədd edib. İran dövlət teleradiosu yüksəkrütbəli hərbi rəsmiyə istinadən bildirib ki, rəsmi Tehran BƏƏ-yə qarşı hər hansı hücum həyata keçirməyib.
Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri İran tərəfindən dörd qanadlı raketin buraxıldığını qeydə alıblar.
Gundem.today xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Onlardan üçü ölkənin ərazi suları üzərində uğurla zərərsizləşdirilib, daha biri isə dənizə düşüb", - deyə məlumatda bildirilir.
Nazirlikdən qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hədəflərinin məhv edilməsinin nəticəsi olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniyadan ABŞ-yə cavab: "NATO-da heç bir çatışmazlıq yaranmayacaq"
"Vaşinqtonun Almaniyadakı hərbi kontingentinin sayını azaltmaq barədə qərarından sonra NATO-nun Avropadakı ənənəvi çəkindirmə imkanlarında heç bir çatışmazlıq yaranmayacaq".
DünyaRusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi
Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində atəşkəs elan olunduğunu açıqlayıb.
DünyaBraziliyada təyyarə binaya çırpıldı: Ölən var - VİDEO
Braziliyanın Belu-Orizonti şəhərində yüngülmühərrikli təyyarə binaya çırpılıb. Nəticədə bir nəfər ölüb, üç nəfər isə ağır bədən xəsarətləri alıb.
DünyaSEPAH təkzib etdi: Hörmüz boğazından heç bir gəmi keçməyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi komandanlığının ticarət gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı irəli sürdüyü iddiaları rədd edib.